Şənbə , Aprel 20 2024
Ana səhifə / Araşdırma / Prokuror saxta “MTN əməkdaşları”na ağır cəza istədi – Məhkəmə prosesi

Prokuror saxta “MTN əməkdaşları”na ağır cəza istədi – Məhkəmə prosesi

Bakı Ağır Cinayətlər Məhkəməsində vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə və hədə-qorxu yolu ilə pul tələb etməkdə təqsirləndirilən Ramil Qədimov, Vüqar Həsənov və Nurlana Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
APA-nın xəbərinə görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək, təqsirləndirilən şəxslərin cinayətinin məhkəmə istintaqı zamanı sübuta yetirildiyini deyib.
O, R. Qədimovun 13 il, N. Hüseynovanın 12 il, V. Həsənovun isə 3 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Proses fevralın 2-də davam etdiriləcək.
İttihama görə, Vüqar Həsənov Ramin Qədimov ilə birlikdə qrup yaradaraq Yaşar Babayevə hədə-qorxu gəliblər. R. Qədimov özünü ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Elnur adlı vəzifəli şəxsi kimi təqdim edərək Yaşar Babayevdən külli miqdarda pul tələb edib. Yaşar Babayevin hüquq-mühafizə orqanlarına etdiyi şikayətdən sonra təqsirləndirilən şəxslər tutulub.
V. Həsənov və R. Qədimovun barəsində həbs qətimkan tədbiri, N. Hüseynova isə barəsində isə başqa yerə getməmək barədə qəti imkan tədbiri seçilib.

Həmçinin oxuyun

Təhsil, iş və cəmiyyətə inteqrasiyadan kütləvi məhrum olmuş gözdən əlillər

Orta ixtisas təhsilli ibtidai sinif müəllimi Şəhla İmanova gözdən əlil uşaqlar üçün ölkədə fəaliyyət göstərən …

Bir cavab yazın