Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Araşdırma / Prokuror Rauf Mirqədirova cəza tələb edəcək

Prokuror Rauf Mirqədirova cəza tələb edəcək

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dövlətə xəyanətdə təqsirləndirilən jurnalist Rauf Mirqədirovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən qapalı prosesdə məhkəmə istintaqı başa çatıb. Çıxış üçün söz dövlət ittihamçısına verilib. O, çıxışa hazır olmadığından məhkəmə prosesi dekabrın 16-da davam edəcək.

Qeyd edək ki, R.Mirqədirov ötən ilin aprel ayında Türkiyədə saxlanılıb. Jurnalist daha sonra Azərbaycana deportasiya olunub. Rauf Mirqədirov Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlanılır. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunu

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …

Bir cavab yazın