Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Araşdırma / Prokuror məmurların adından dələduzluq edənlərə cəza istədi

Prokuror məmurların adından dələduzluq edənlərə cəza istədi

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan Alim İbrahimov və Tərlan Comərdovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Rahib Salmanov sədrlik edib.

Prosesdə dövlət ittihamçısı çıxış edərək Alim İbrahimovun 9 il 6 ay, Tərlan Comərdovun isə 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

T.Comərdov və A.İbrahimova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) maddəsi ilə ittiham irəli sürülüb. Onlar Feyzulla Qasımova, Fikrət Qurbanova, Aydın Həsənova və Həsən Yaqubova qarşı dələduzluq ediblər.

Zərərçəkmişlərdən biri – Feyzulla Qasımov Baku Medical Plaza-da baş həkimin müavinidir. Digər zərərçəkmişlər arasında sabiq polis rəisi və digər vəzifəli şəxslər də var.

Bildirək ki, təqdirləndirilən şəxslər vətəndaşları aldadarkən daha yüksək vəzifəli məmurların adlarından da istifadə ediblər.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın