Ana səhifə / Araşdırma / Prokuror icra başçısının oğluna 6 il 6 ay iş istədi

Prokuror icra başçısının oğluna 6 il 6 ay iş istədi

Ötən ilin sentyabrın 27-də saat 18 radələrində Xəzər rayonunda “Mercedes” markalı avtomobil Əhliman Qəhrəmanovun idarə etdiyi yük maşını ilə toqquşub. Hadisə zamanı “McDonalds Azərbaycan” şirkətinin icraçı direktoru Maqsud Mirzəyevin 16 yaşlı oğlu Sənan Mirzəyev dünyasını dəyişib.
Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərovun oğlu İlham Əsgərli və sürücüsü Pərvin Fətullayev yaralanıb. Onların hər üçü xəstəxanaya yerləşdirilsə də, yalnız Sənan Mirzəyev ölüb. Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma; eyni əməllər ehtiyatsızlıqdan zərərçəkənin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
Maqsud Mirzeyivin hüquqlarını müdafiə edən vəkil Afət Qazıyeva Modern.az saytına bildirib ki, məhkəmə iş üzrə əlavə trasoloji yol-nəqliyyat ekspertizasının keçirilməsini əsassız sayıb:
“Məhkəmə əlavə ekspertiza keçirilməsini təyin etmişdi. Amma ekspertlər ekspertizanın keçirilməsini qeyri-mümkün hesab ediblər. Onlar belə bir əsasın olmadığını, hər şeyin araşdırıldığını bildiriblər. Çünki onlar bütün halları nəzərə alaraq iki variantda cavab veriblər. Ona görə də məhkəmə istintaqı bu gün davam etdi.
Məhkəmədə dövlət ittihamçısı çıxış edərək, hər iki şəxsin təqsirinin və bu məsələ bağlı kifayət qədər sübutlar olduğunu dedi. Bu səbəbdən hər ikisinə real olaraq cəza təklif elədi. Belə ki, dövlət ittihamçısı məhkəmədən İlham Əsgərlinin Cinayət Məcəlləsinin 263.1.3 maddəsi ilə 6 il 6 ay, Süleymanov Əhlimanın isə 263.3 maddəsi ilə 6 il azadlıqdan məhrum edilməsini təklif elədi. Həmçinin hər ikisi barəsində qətimkan tədbirinin dəyişdirilməsini məhkəmədən xahiş etdi. Bu mənada bizim mövqelərimiz üst-üstdə gəldi. Təbii ki, biz dövlət ittihamçısının bu mövqeyi ilə razı olduğumuzu bildirdik. Bizdə kimliyindən asılı olmayaraq hər kəsin qanun qarşısında cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etdik. Çünki bu yol nəqliyyat hadisəsi ağır nəticələr verib. Maqsud Mirzəyevin 15 yaşlı oğlu Sənan Mirzəyev hadisə zamanı dünyasını dəyişib.
Məhkəmə zamanı İlham Əsgərlinin müdafiəçisi çıxış edib dövlət ittihamçısının təklifi ilə razı olmadığını bildirdi. Süleymanov Əhlimanın müdafiəçisi isə çıxış üçün məhkəmədən vaxt istədi. Bu səbəbdən məhkəmə mayın 12-nə təxirə salındı”.

 

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın