Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Araşdırma / Prezidentliyə namizədlər hansı bölgədəndir?

Prezidentliyə namizədlər hansı bölgədəndir?

Aprelin 11-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar artıq seçki marafonunun əsas mərhələlərindən biri olan seçkiqabağı təşviqat dövrü başlayıb. Qanunvericiliyin tələbinə əsasən seçkiqabağı təşviqat səsvermə gününə 23 gün qalmış başlayır və səsvermənin başlamasına 24 saat qalmış dayandırılır.

Dünyada adətən bu dövrdə prezidentliyə namizəd olan şəxslər haqqında bütün məlumatlar araşdırılaraq, ictimaiyyətə təqdim olunur. Seçici üçün prezident kimi görmək istədiyi şəxsin indiyə qədər nə işlə məşğul olması, hansı bölgədə dünyaya göz açması  maraqlı olur.

“Yeni Müsavat” olaraq biz də bu nüansları nəzərə alıb, prezidentliyə namizəd olan şəxslərin hansı bölgədən olduqlarını araşdırıb, oxuculara təqdim edirik.

Azərbaycanda prezidentliyə namizəd kimi 8 nəfər qeydə alınıb.  Onlar Yeni Azərbaycan Partiyasından prezidentliyə namizədliyini verən, hazırkı dövlət başçısı İlham Əliyev, ADP-dən namizəd Sərdar Məmmədov, namizədliyini öz təşəbbüsü ilə irəli sürən Zahid Oruc, Yeni AXCP-dən namizədliyini verən Razi Nurullayev, BAXCP-dən namizəd Qüdrət Həsənquliyev, ASDP-dən olan namizəd  Araz Əlizadə, MDHP sədri Fərəc Quliyev və MMP-dən namizədliyini irəli sürən Hafiz Hacıyevdir.

ATƏT müşahidəçiləri prezidentliyə namizədlərlə ile ilgili görsel sonucu

Prezidentliyə namizəd İlham Əliyev 1961-ci il 24 dekabrda Bakı şəhərində anadan olub, əslən naxçıvanlıdır.

Sərdar Cəlal oğlu Məmmədov  3 iyun 1954-cü ildə Naxçıvan Muxtar Respublikası Babək rayonu Cəhri kəndində anadan olub. Orta təhsilini Ordubad və Bakı şəhərində alıb.

Zahid Oruc 1972-ci il fevralın 1-də Gədəbəy rayonunun Əliismayıllı kəndində anadan olub.

Razi Nurullayev 1 aprel 1971-ci ildə İmişli rayonunun Xəlfəli kəndində anadan olub.

Qüdrət Həsənquliyev  9 dekabr 1965-ci ildə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda Əbrəqunus kəndində anadan olub.

Araz Əlizadə 1951-ci il noyabrın 3-də Bakı şəhərində alim ailəsində doğulub.

Fərəc Quliyev 22 dekabr 1962-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda Üstüpü kəndində anadan olub.

Hafiz Hacıyev 1956-cı ilin mart ayının 6-da Ermənistan SSR Basarkeçər rayonunun Zod kəndində anadan olub.

 

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …