Cümə , Noyabr 27 2020
Ana səhifə / Araşdırma / Prezidentliyə hansı namizəd daha çox dil bilir: İlham Əliyev 5, Araz Əlizadə 6, Sərdar Cəlaloğlu isə… – Araşdırma

Prezidentliyə hansı namizəd daha çox dil bilir: İlham Əliyev 5, Araz Əlizadə 6, Sərdar Cəlaloğlu isə… – Araşdırma

2 gün sonra, aprelin 11-i Azərbaycanda növbəti prezident seçkiləri keçiriləcək. Ölkə prezidenti postu uğrunda 8 namizəd mübarizə aparacaq.
Seçki prosesində namizədlər Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən müəyyən olunan zamanda təbliğat-təşviqat işlərinə zaman ayırıblar. Namizədlərin xarici əlaqələrlə bağlı səsləndirdiyi fikirlər də önəmlidir.
Bəs görəsən prezidentlik uğrunda mübarizə aparan namizədlər hansı xarici dilləri bilir?
Mia.az xəbər veirr ki, bununla bağlı Modern.az saytı araşdırma aparıb:
Rəsmi məlumata görə, Yeni Azərbaycan Partiyasından prezidentliyə namizəd İlham Əliyev Azərbaycan, rus, ingilis, fransız və türk dillərini bilir.
Prezidentliyə namizəd, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin köməkçisi deyib ki, Hafiz müəllim Azərbaycan, rus dillərini yaxşı səviyyədə, müəyyən qədər də türk dilini bilir: “Hafiz Hacıyevin uşaqlığı Ermənistanda keçdiyi üçün erməni dilini də bilir”.
Prezidentliyə namizəd, Milli Məclisin deputatı Zahid Oruc: “Mən rus və ingilis dillərini normal danışıq səviyyəsində bilirəm”.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyevin səlahiyyətli nümayəndəsi  Elçin Mirzəbəyli deyib ki,  Qüdrət bəy ingilis və rus dillərini yaxşı səviyyədə bilir.
Azərbaycan Sosial Demokrat Partiyasının prezientliyə namizədi, deputat Araz Əlizadə: “Ana dilim Azərbaycan dili ilə yanaşı rus, ukrayın, fars, tacik və türk dilini mükəmməl səviyyədə bilirəm. İngilis dilini isə məişət səviyyəsində bilirəm. Mən deyəndə ki, hansısa dili bilirəm, demək o dilə mükəmməl səviyyədə yiyələnmişəm”.
Prezidentlyə namizəd, Azərbaycan Demokratik Partiyasının sədri  Sərdar Cəlaloğlu:  “Mən Azərbaycan dilinin qrammatikasını çox yaxşı şəkildə bilirəm. Rus dilində oxuyuram, tərcümə edirəm, bir az zəif də olsa danışıram. Mənim dil öyrənmə qabiliyyətim zəifdi”.
Milli Dirçəliş Hərəkatı Partiyasından prezidentliyə namizəd, deputat Fərəc Quliyev: “Rus dilini yaxşı bilirəm, alman dilini də müəyyən qədər bilirəm. Təbii ki, Türkiyə türkcəsini də başqa dil hesab etmirəm”.
“Cəbhəçilərin Təşəbbüs Qrupu”ndan prezidentliyə namizəd Razi Nurullayev: “Azərbaycan dilinin mükəmməl səviyyədə bilirəm, rus, ingilis və fransız dillərini əla bilirəm. Bundan başqa,  alman dilini də danışıq səviyyəsində bilirəm. Türkiyə türkcəsində də çox yaxşı danışıb-yazıram”.

 

Həmçinin oxuyun

Sutka ərzində 577 mindən çox yeni yoluxma, 11 mindən çox ölüm faktı

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 577 mindən çox artıb. Virtualaz.org bildirir ki, Ümumdünya Səhiyyə …