Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Araşdırma / “Prado” yük maşınına çırpıldı – Sürücü yaralandı – VİDEO

“Prado” yük maşınına çırpıldı – Sürücü yaralandı – VİDEO

Şəkidə yol qəzası baş verib.

ARB Şəki xəbər verir ki, hadisə saat 11:20 radələrində Şəki-Oğuz şossesinin Qırxbulaq kəndi ərazisində meydana gəlib.

Şəki istiqamətində hərəkət edən 1953 təvəllüd Fikrət Mahmuodvun idarəd etdiyi 55 BL 355 dövlət nömrə nişanlı “Toyota Prado” markalı avtomobil idarə etməni itirərək yolun sol tərəfində dayanmış 55 BT 673 dövlət nömrə nişanlı Elşən Cəfərova məxsus “Qaz-3302” markalı yük maşınına çırpılıb. Qəza nəticəsində pradonun sürücüsü Fikrət Mahmudov xəsarət alıb.

Hadisə yerində dərhal Şəki TTTYS-nın briqadası gəlib. Fikrət Mahmudova ilkin tibbi yardım göstərildikdən sonra Şəki MRX-na çatdırılıb. Hazırda xəstənin vəziyyəti orta-ağırdır. Xoşbəxtlikdən “Qazel”in sürücüsü avtomobildə olmayıb.

Faktla bağlı BDYPB-də araşdırılma aparılır.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın