Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Araşdırma / Postda maşını yol polisinin üstünə sürən sürücü həbs edildi – VİDEO

Postda maşını yol polisinin üstünə sürən sürücü həbs edildi – VİDEO

Srağagün stasionar postda bir sürücü yük avtomobilini polislərinin üzərinə sürüb.

Avtosfer.az-ın xəbərinə görə, hadisə ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılıb və sürücü saxlanılıb.

Məlum olub ki, “Mercedes” markalı yük avtomobilini idarə edən Laçın rayon sakini Novruzov Əlisultan Ələmşad oğludur.

O, mal-qara daşıdığı həmin yük avtomobili ilə Bərdə rayonu istiqamətində hərəkətdə olarkən yol polisi əməkdaşları tərəfindən “saxla” işarəsi verilib, lakin sürücü polisin əmrinə tabe olmayaraq hərəkəti davam etdirib.

DYP-nin stasionar postunda dayanan yol polislərini aldadaraq və onlardan birinin üzərinə avtomobili sürərək dayanmadan hərəkəti davam etdirib. Onu təqib edən patrul avtomobilinə də qəza şəraiti yaradıb, hətta maşını polis avtomobilinin üzərinə sürüb. Lakin polis əməkdaşlarının səyi nəticəsində onun idarə etdiyi avtomobil saxlanılıb.

Məhkəmənin qərarı ilə sürücü Əlisultan Novruzov İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsinə əsasən avtoxuliqanlıqda təqsirli bilinərək 15 gün inzibati həbs edilib və sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb.

 

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın