Cümə , Aprel 19 2024
Ana səhifə / Araşdırma / Polisləri söyərək döyənlərə cinayət işi açıldı- Həbs olunan var

Polisləri söyərək döyənlərə cinayət işi açıldı- Həbs olunan var

Baş Prokurorluq polis əməkdaşlarına qarşı zor tətbiq edənlərlə bağlı məlumat yayıb.

Qafqazinfo“ya qurumdan daxil olan məlumata görə, iyulun 29-da saat 11 radələrində əvvəllər məhkum olunmuş Nurlan Manafov, Rəcəb Manafov, Teymur Əliyev, Vüsal Əliyev, Xatirə Əliyeva və hələlik adları istintaqa məlum olmayan bir neçə şəxs Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində ictimai qaydanı kobud surətdə pozaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etməklə ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ictimai qaydanın pozulmasının qarşısını alan Binəqədi rayon Polis İdarəsinin DYPŞ-nin YPX-nin inspektorları İqbal Kamilovu və Çingiz Həsənovu, rayon Polis İdarəsinin PPXB-nün polis nəfərləri Ruslan Quliyevi və Mircəlal Seyidovu nəlayiq sözlərlə söyüb təhqir edərək zor tətbiq edib, bədənlərinin müxtəlif nahiyələrindən qəsdən vurmaqla müxtəlif dərəcəli xəsarətlər yetiriblər.

Başlanmış cinayət işi üzrə Nurlan Manafov şübhəli şəxs qismində tutulub.

Hazırda iş üzrə istintaq Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə davam etdirilir və cinayətin iştirakçılarının tam dairəsinin müəyyənləşdirilməklə istintaqa cəlb edilmələri istiqamətində zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …

Bir cavab yazın