Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Araşdırma / Polisi qətlə yetirən azərbaycanlı həbs edildi – Video

Polisi qətlə yetirən azərbaycanlı həbs edildi – Video

Mayın 27-də axşam Moskva Dairəvi Avtomobil Yolunun 25-ci kilometrliyində polis serjantını qətlə yetirməkdə şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanılıb.

Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, dindirilmə zamanı 25 yaşlı Nemət Rəşidov serjant Andrey Bannovu qətlə yetirdiyini etiraf edib.

Moskva Baş Cinayət Axtarış İdarəsinin əməkdaşları onun gizləndiyi evi aşkar ediblər. Müqavimət gösərməsinə baxmayaraq N.Rəşidovu saxlamaq mümkün olub.

Xatırladaq ki, kiçik polis serjantı Andrey Bannov mayın 27-də pul terminalından oğurluq etməkdə şübhəli bilinən şəxsi saxlamağa çalışarkən aldığı 3 bıçaq zərbəsindən yerindəcə keçinib.

 

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın