Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Araşdırma / Polisdən uğurlu “Kolbasa” əməliyyatı

Polisdən uğurlu “Kolbasa” əməliyyatı

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları təhlükəli cinayətkarları saxlayıblar. Bu barədə DİN mətbuat xidmətindən məlumat verilib.

Məlumata əsasən, həyata keçirilmiş növbəti uğurlu əməliyyat nəticəsində vaxtı ötmüş qida məhsullarının satışının qarşısı alınıb və beləliklə, qida təhlükəsizliyi təmin olunub. Belə ki, paytaxtın Binəqədi rayonunda əməliyyatçılar iki nəfər kolbasa satanı — Nicat Babaşi və Vüqar Səlimovu saxlayıblar. Onlara məxsus anbarda vaxtı keçmiş külli miqdarda məhsul aşkar olunaraq müsadirə edilib. Müsadirə olunmuş məhsullar Ədliyyə Nazirlyinin Məhkəmə ekspertizası mərkəzinə göndərilib. Ekspertiza bu məhsulların qida üçün yararsız olması barədə rəy verib. (Sputnik)

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın