Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Araşdırma / Polis və hərbçi formasında olanlar əlil kişini döyüb qarət etdi

Polis və hərbçi formasında olanlar əlil kişini döyüb qarət etdi

Qusarın Quxuroba kəndi ərazisində dəhşətli soyğunçuluq və oğurluq hadisəsi qeydə alınıb.

Hadisə kənddən kənarda yerləşən Sahdağ qoyunçuluq kooperativinin ərazisində baş verib. Naməlum 3 şəxs saat 18:30 radələrində fermanın sahibi, 60 yaşlı Şahmirzə Şahtemir oğlu Yəhyayevə basqin edib.

III qrup əlil olan Şahmirzəyə əvvəlcə polis geyimində bir şəxs yaxınlaşıb, burada cinayətkarlığın vəziyyətilə maraqlanıb. Sonra onu döyüb. Daha sonra hərbi geyimli və mülki geyimli 2 maskali şəxs onu oradakı otağa suruyub gətiriblər, ondan pul tələb ediblər. Onu kətillə, çəkiclə möhkəm döyərək bədəninə, başına xeyli xəsarət yetirib, ayaq barmaqlarını sındırıblar. Əlil adami möhkəm döydükdən sonra ondakı 400 manat pulu və mobil telefonunu alıblar. Sonra da Şahmirzənin əl-qolunu bağlayıb aradan çıxıblar.

Onlar gedəndən sonra birtəhər əlini açan Şahmirzə səhər açılana qədər telefonu olmadığına görə heç kimi köməyə çağıra bilməyib. Səhər açilanda güclə asfalt yola cıxıb yoldan keçənlərin birinin telefonu ilə qohumlarına xəbər verib və polis şöbəsi məlumatlandırılıb.

Qusar Rayon Polis Şöbəsinin Samur bölməsindən fakt təsdiqlənib və hadisənin açılması istiqamətində əməliyyat-axtarış tədbirləri aparıldığı bildirilib (ANSPRESS).

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın