Şənbə , Noyabr 28 2020
Ana səhifə / Araşdırma / Polis qızının intiharındakı şok – Məqamlar

Polis qızının intiharındakı şok – Məqamlar

Aprelin 25-i Yevlaxda polis kapitanı Kərim Əzimovun qızı intihar edib. APA-nın rəsmi mənbələrdən əldə etdiyi xəbərdə qeyd olunurdu ki, Yevlax rayon Polis Şöbəsində Cinayət-axtarış bölməsinin əməkdaşı, polis kapitanı olan K.Əzimovun övladı Nurayın intihar səbəbi bilinmir.

 

Axar.az-a verilən qeyri-rəsmi məlumatda isə 19 yaşında, ali məktəbdə təhsil alan Nurayın uğursuz sevgi depressiyasına düşdüyü və bu səbəbdən də atasının tabel silahı ilə özünü öldürdüyü vurğulanır. Tabel silahının qızın əlinə necə keçməsi haqda isə heç nə məlum deyil.

 

Qızın ögey anası ilə birlikdə yaşadığı da vurğulanır. Nurayın doğma anası doğuş zamanı dünyasını dəyişibmiş. N.Əzimova Gəncədə ali təhsil alırmış.

 

Nurayın nənəsi Tərdəstə Qəhrəmanova ölkə.az-a deyib ki, nəvəsini polis kapitanı olan atası K.Əzimov öldürüb. T.Qəhrəmanova iddia edib ki, atası Nurayı əvvəlcə döyüb, sonra isə güllələyib.

 

Yevlax Rayon Prokurorluğundan Axar.az-a bildirdilər ki, cinayət işinin istintaqı davam etdiyi üçün hər hansı açıqlama verə bilməzlər. Nurayın hansı odlu silahla intihar etməsi barədə də prokurorluqdan cavab alınmadı.

 

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov isə istintaq bitdikdən sonra məlumat yayılacağını bildirdi.

Həmçinin oxuyun

Yoluxanların sayı yenə artdı

Azərbaycanda bu gün koronavirus infeksiyasına 3712 yeni yoluxma faktı qeydə alınıb, 1359 nəfər müalicə olunaraq …

Bir cavab yazın