Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Araşdırma / Polis mayorunun oğlu kanalda boğuldu – 2 gün sonra hərbi xidmətə gedəcəkdi

Polis mayorunun oğlu kanalda boğuldu – 2 gün sonra hərbi xidmətə gedəcəkdi

Ağsu rayonunda gənc oğlan su kanalında çimərkən boğulub. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Yuxarı Şirvan kanalının Ağsunun Ərəbmehdibəy kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Kürdəmir şəhərinin İsmət Qayıbov küçəsindəki 6 saylı mənzildə yaşayan 1995-ci il təvəllüdlü Əhmədov Firudin Vasif oğlu bibisi və əmisi oğlanları ilə birgə Yuxarı Şirvan kanalının kənarında yemək yeyəndən sonra suda çimməyə başlayıblar. Firudin Əhmədov üzməyi yaxşı bacarmadığı üçün suyun sürətlə axan yerində ehtiyatsızlıq səbəbindən boğulub. Qohumları onun suda batmasından gec xəbər tutub və köməksiz vəziyyətdə qalan 22 yaşlı F. Əhmədov dünyasını dəyişib.

Onun meyiti sudan çıxarılaraq ailəsinə təhvil verilib.

Qeyd edək ki, Kürdəmir rayon Polis Şöbəsinin kadrlar şöbəsinin baş inspektoru, mayor Vasif Əhmədovun oğlu olan Firudin Əhmədov bu il Qafqaz Universitetini bitirib və iyulun 1-də hərbi xidmətə yola düşəcəkmiş. Hadisə onun hərbi xidmətə yola salınması münasibətilə yaşadığı evdə keçirilən mərasimdən sonra baş verib.

Faktla bağlı Ağsu rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın