Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Araşdırma / Polis mayorunun bıçaqlandığı kütləvi davanın TƏFƏRRÜATLARI

Polis mayorunun bıçaqlandığı kütləvi davanın TƏFƏRRÜATLARI

Bakıda baş verən kütləvi davada polis mayorunu və dostlarını bıçaqlayan şəxsin və onun tanışının növbəti məhkəmə prosesi keçirilib.

Musavat.com-un məhkəmə prosesində iştirak edən əməkdaşı xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində 1988-ci il təvəllüdlü Həsənov Əli Elxan oğlu və 1976-cı il təvəlüldlü Məhərərmov Əhmədyar Xanis oğlu cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib. Hakim Səbuhi Hüseynovun sədlriyi ilə keçirilən məhkəmə prosesində dövlət ittihamçısı Orxan Kəngərli ittiham aktını elan edib. İttihama görə, Əli Həsənov kafedə mübahisə edən tanışı Əhmədyar Məhərrəmovun döyüldüyünü görüb. Bu zaman Ə.Həsənov tanışını döyən şəxslərlə mübahisə edib və sonda onları bıçaqlayıb.

Məhkəmədə Əli Həsənov ifadə verib və o, özünü qismən təqsirli bildiyini deyib: “4 nəfər Əhmədyarı tuyub döyə-döyə kafedən çölə çıxarırdlar. Pilləkanlara çatanda yaxınlaşıb dedim ki, niyə belə edirsiniz? Sonradan adını öyrəndiyim Namiq də qayıtdı ki, “mən sənin qardaşın deyiləm”. Mən də dedim ki, söz gəlişi deyirəm. Sonra başladı söyüşlə danışmağa. Məni təhqir etdi. Bir az aralaşdıq. Sonra üstümə gəldi. Kamera görüntülərində də var. Namiq mənə yaxınlaşdı ki, “get evdəkilərindən maraqlan qardaşın kimdi”. Bu sözdən sonra mən Namiqi kəllə ilə vurdum. Yumruq vurmaq istəyəndə Kamil məni arxadan tutdu. 4-5 nəfər idilər. Başladılar hər tərəfdən vurmağa. Kamil qollarımdan tutdu ki, müqavimət göstərə bilməyim. Cibimdə kiçik bıçaq var idi. Çıxarıb Kamilin ayağından vurdum ki, məni buraxsın. Sonra sağa-sola vurmuşam. Namiqə də dəydiyini sonra bildim”.

Ə.Həsənov əlavə edib ki, bıçaqladığı şəxslərdən Namiq Abdullayevin polis olduğunu bilməyib: “Mən orda Namiqin polis olduğunu bilməmişəm. Heç özü də polis olduğunu demədi. Amma Namiq ifadəsində bildirib ki, guya mənə polis çağıracağını, dostum Əhmədyarı da götürüb oradan getməyimi deyib. Amma belə şey olmayıb. Mən də Əhmədyar da onun sonradan polis olduğunu bilmişik”.

Hüseynov Əli cibində bıçaq gəzdirməsi və dava zamanı bıçağa əl atmasının səbəblərindən də danışıb: “Mən əvvəldən söyüşlərə fikir vermədim. Amma ailə söyüşləri söyəndə reaksiya verdim. Söyüşlərə əvvəlcə fikir verməməyimin səbəbi cibimdə bıçaq olması idi. Bilirdim ki, mübahisə böyüsə, onlar məni vursa, çox olduqları üçün bıçağa əl ataram. Ona görə yola verirdim. Bıçağın üstümdə olması da faktdır. Bunu inkar edə bilmərəm. Amma mən özümü müdafiə etmək məqsədi ilə bıçağa əl atmışam. 4-5 nəfər idilər. Davadan sonra aralaşanda məni döyənlərə bıçaq vurmaq imkanım var idi. Amma qaçıb getdim. Yəni onları öldürmək məqsədim yox idi”.

Əli Həsənov onu da qeyd edib ki, kafedən çöldə olan davada tanışı Əhmədyar iştirak etməyib. O, sərxoş vəziyyətdə olduğu üçün kənarda oturub.

Digər həbs edilən şəxs Əhmədyar Məhərrəmov isə özünü qətiyyən təqsirli bilmədiyini deyib: “Həmişə getdiyim kafedir. Mən heç kimə heç nə deməmişəm. Buna görə də özümü günahkar bilmirəm. Kamera görüntüləri hər şeyi sübut edir”.

Məlumata görə, hadisə ötən ilin noyabr ayında Nərimanov rayonu Heydər Əliyev prospektində yerləşən kafelərdən birində baş verib. Belə ki, 1979-cu il təvvəllüdlü Abdullayev Namiq Aydın oğlu tanışı 1974-cü il təvvəllüdlü Cəbrayılov Arif Etibar oğlu və 1985-ci il təvvəllüdlü Məsimov Kamil Zakir oğlu, adları açıqlanmayan iki qadınla birlikdə kafedə əyləşib.

Bu zaman kafeyə daxil olan İsmayıllı rayon sakini Əhmədyar Məhərrəmov içkili olub. Bu zaman onlar arasında dəqiq bilinməyən səbəblərdən mübahisə düşüb. N.Abdullayev yanında olan şəxslərı Ə.Məhərrəmovu obyektin qarşısına çıxarıb.

Ə.Məhərrəmovun küçədə gözləyən tanışı Əli Həsənov mübahisəyə qoşulub və N.Abdullayevi döyüb. Bu münaqişəyə A.Cəbrayılov və K.Məsimov da qarışıb. Kütləvi dava zamanı Ə.Məhərrəmov və Ə.Həsənov bıçaq çıxararaq dava etdikləri şəxslərə bıçaq xəsarətləri yetirərək ərazidən qaçıb.

Qeyd edək ki, N.Abdullayev Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Bölməsinin növbətçi hissəsində mayor rütbəsi ilə fəaliyyət göstərir.

Növbəti məhkəmə prosesi aprelin 4-nə təyin edilib.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın