Bazar ertəsi , Oktyabr 26 2020
Ana səhifə / Araşdırma / Polis mayorunun bıçaqlandığı davanın videogörüntüləri izlənilib

Polis mayorunun bıçaqlandığı davanın videogörüntüləri izlənilib

Polis mayorunu və dostlarını bıçaqlayan şəxsin, onun tanışının növbəti məhkəmə prosesi keçirilib.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində 1988-ci il təvəllüdlü Həsənov Əli Elxan oğlu və 1976-cı il təvəllüdlü Məhərərmov Əhmədyar Xanis oğlunun cinayət işi üzrə məhkəmə prosesinə hakim Səbuhi Hüseynov sədrlik edib.

Məhkəmədə sənədlərin tədqiqi mərhələsi başlayıb. Proses zamanı hadisənin videogörüntüsü nümayiş etdirilib. Həmin görüntülər dava baş verən kafenin kamerası ilə lentə alınıb.

Təqsirləndirilən Əli Həsənovun vəkili Orxan Əhmədov bildirib ki, görüntülərdən aydın olur ki, Həsənov orada özünü qorumağa çalışıb: “Həmin görüntülərdən də məlum olur ki, 3-4 nəfər Əli Həsənovu döyürlər. Bu zaman o, özünü qorumaq məqsədilə bıçaq çıxardır”.

Vəkili onu da qeyd edib ki, hadisə zamanı istifadə edilən bıçaq istintaq zamanı aşkarlanmayıb: “Lakin müstəntiq bıçağın ölçüsünü 18 santimetr olaraq göstərib. Amma bıçağın aşkar edilməsi üçün heç bir istintaq hərəkəti aparılmayıb”.

Məhkəmə istintaqı başa çatıb və dövlət ittihamçısı çıxış üçün vaxt istəyib. Növbəti prosesdə təqsirləndirilən şəxslərə cəza istəniləcək.

Növbəti proses aprelin 25-nə təyin edilib.

Qeyd edək ki, ötən il Nərimanov rayonunda yerləşən kafelərdən birində 1979-cu il təvəllüdlü Abdullayev Namiq Aydın oğlu, onun tanışı 1974-cü il təvəllüdlü Cəbrayılov Arif Etibar oğlu və 1985-ci il təvəllüdlü Məsimov Kamil Zakir oğlunun iştirakı ilə kütləvi dava baş verib. Onlar Əhmədyar Məhərrəmov və Əli Həsənovla mübahisədən sonra dava ediblər. Ə.Həsənov bıçaq çıxararaq dava etdikləri şəxslərə xəsarətlər yetirərək ərazidən qaçıb.

Qeyd edək ki, N.Abdullayev Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Bölməsinin Növbətçi Hissəsində mayor rütbəsi ilə fəaliyyət göstərir.

Həmçinin oxuyun

Qəbələ və Kürdəmir “Elbrus” raket sistemi ilə vurulub

Erməni hərbi qüvvələri Qəbələ və Kürdəmir bölgələrini hədəf alıb. Bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan …

Bir cavab yazın