Şənbə , Oktyabr 31 2020
Ana səhifə / Araşdırma / Polis mayoru vətəndaşı söydü, araşdırma başladı – Şirvanda + Video

Polis mayoru vətəndaşı söydü, araşdırma başladı – Şirvanda + Video

Sosial şəbəkələrdə Şirvan şəhərində Dövlət Yol Polisi mayorunun vətəndaşı ağır söyüşlərlə təhqir etməsi barədə görüntü yayılıb.

Qafqazinfo” xəbər verir ki, polis mayoru Məmmədsadiq Nağıyev vətəndaşı polis bölməsinə gətirib və onu təhqir edib.

Qafqazinfo” sözügedən kadrlarla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevlə əlaqə saxlayıb. K. Əliyev yayılan videodan xəbərdar olduğunu qeyd edib: “Hazırda araşdırma aparılır. Müəyyənləşdirilsin ki, videodakı kimdir, nəyə görə söyüş söyür. Dəqiqləşdirmək lazımdır ki, o həqiqətən də yol polisi işçisidirmi? Araşdırmanın nəticəsi bilinəndən sonra həmin şəxs barəsində tədbir görüləcək”.

Qeyd: Videoda söyüşlər redaksiya tərəfindən montaj olunaraq çıxarılıb.

 

Həmçinin oxuyun

Ermənistan Hərbi Hava Qüvvələrinin silahlanmasında döyüşə yararlı cəmi 6 təyyarəsi qaldı – ARAŞDIRMA

Ermənistan Hərbi Hava Qüvvələrinin silahlanmasında döyüşə yararlı cəmi 6 təyyarəsi qalıb. “Azeri Defence”nin məlumatına görə, …

Bir cavab yazın