Çərşənbə , Aprel 17 2024
Ana səhifə / Araşdırma / Polis intizama dəvət etdi, vətəndaş yumruqla cavab verdi

Polis intizama dəvət etdi, vətəndaş yumruqla cavab verdi

Bakının Suraxanı rayonu Hovsan qəsəbəsində polis serjantı vəzifəsini yerinə yetirərkən döyülüb.
Musavat.com-un əldə etdiyi məlumata görə, hadisə qəsəbədə yerləşən ABU yanacaq doldurma məntəqəsində baş verib. Hadisənin baş verməsinə səbəb Mahir Məmmədov adlı şəxsin yanacaq doldurma məntəqəsində səs-küy salması olub. Ərazidə olan polis serjantı Fikrət Ağayev M.Məmmədovu intizama dəvət edib.
Bu zaman M.Məmmədov polis serjantına yumruq zərbələri endirib. Polis serjantı Daxili İşlər Nazirliyinin hospitalına yerləşdirilib və ona tibbi yardım göstərilib.
İş Suraxanı rayon prokurorluğuna göndərilib.

 

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …

Bir cavab yazın