Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Araşdırma / Polis Hadı Rəcəblinin obyektində əməliyyat keçirtdi – 5 nəfər həbs edilib

Polis Hadı Rəcəblinin obyektində əməliyyat keçirtdi – 5 nəfər həbs edilib

Polis Lənkəranın “Palıdlı sahil” İstirahət Mərkəzində əməliyyat keçirib. Əməliyyat nəticəsində 5 nəfər həbs edilib. Bu barədə istiqlal.az-a Lənkərandakı mənbələrdən məlumat daxil olub.
Mənbə bildirir ki, əməliyyatın movivi bəlli deyil: “Bu barədə rəsmi izahat hələ yoxdur. Təkcə o bəllidir ki, həbs edilənlər gənclərdir. Onlardan biri 2004-cü ildə Ginnesin rekordlar kitabına adı düşmüş Lənkəranın Aşağı Nüvədi kəndinin sakini, 18 yaşlı Ələsgər  Rəhim oğlu Həsənzadədir”.
Ə.Həsənzadə 1 saat 45 dəqiqə ərzində barmaqlarının ucu ilə sinəsini yerə vurmamaq şərti ilə 3 min dəfə qalxıb-enib. Onun 7 yaşında göstərdiyi bu rekord “Ginnesin Rekordlar Kitabına” düşüb. Çünki Həsənzadəyə qədər dünyada 7 yaşdan aşağı heç kim belə bir rekorda imza atmayıb.
“Palıdlı sahil” İstirahət Mərkəzi Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəbliyə məxsudur.

 

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın