Moskvanın üç əsas hava limanından biri olan Vnukova aeroportunda bomba həyəcanı yaşanıb.
“Qafqazinfo” xəbər verir ki,bu barədə “gazeta.ru” məlumat yayıb. Bildirilir ki, hazırda polis işçiləri hava limanında bomba axtarır. Axtarış xüsusi itlər vasitəsilə həyata keçirilir. Aeroportun mətbuat xidməti isə bildirib ki, hava limanı adi rejimdə işləməyə davam edir.