Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Araşdırma / Polis əməkdaşının maşınla vurulmuş oğlu dünyasını dəyişdi

Polis əməkdaşının maşınla vurulmuş oğlu dünyasını dəyişdi

Dünən Salyanda maşınla vurulmuş uşaq bu gün Bakı şəhərindəki Mərkəzi Klinik Xəstəxanada dünyasını dəyişib.

Xəbər verdiyimiz kimi, ötən gün axşam saatlarında rayonun Şorsulu kəndində 3 yaşlı kənd sakini Zabilli Nurlan Ərəstun oğlunu maşın vurub. Virtualaz.org saytının Şirvan bürosunun əldə etdiyi məlumata görə, uşaq həmkəndlisi Mahur Hüseynovun idarə etdiyi “VAZ-21011” markalı dövlət nömrə nişanı 27-XX-440 olan avtomaşınla vurulub.

Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilimiş uşaq vəziyyəti ağır olduğu üçün sonradan Bakıdakı Mərkəzi Kliniki Xəstəxanaya aparılmışdı.

Onu da qeyd edək ki, Nurlan Zabillinin atası Salyan Rayon Polis Şöbəsi Post-Patrul xidmətinin əməkdaşıdır.

Faktla bağlı Salyan Rayon Polis Şöbəsində cinayət işi qaldırılıb. Artıq uşağı vurmaqda təqsirli bilinən sürücü də saxlanılıb.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın