Çərşənbə axşamı , Yanvar 26 2021
Ana səhifə / Araşdırma / PKK Naxçıvanla sərhəddə polisləri güllələdi

PKK Naxçıvanla sərhəddə polisləri güllələdi

PKK silahlıları Türkiyənin İğdır bölgəsinin Naxçıvanla sərhəddə yerləşən Dilucu sərhəd buraxılış məntəqəsində polisləri aparan maşına silahlı hücum ediblər.

Azvision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində iki polis əməkdaşı ağır yaralanıb.

Hücumdan sonra silahlılar hadisə yerindən qaçıblar. Əraziyə xeyli sayda hərbçi, polis dəstələri cəlb olunub. PKK üzvlərini ələ keçirmək üçün əməliyyatlar davam edir.

Yaralı polislər İğdır Dövlət Xəstəxanasına aparılıb.

Həmçinin oxuyun

800-dən çox saxta arayış, sosial şəbəkələrdə yalan xəbər, korrupsiya və… – Prokurorluq hesabat yayıb

2020-ci il ərzində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməliyyat qurumları öz vəzifələrini …

Bir cavab yazın