Cümə axşamı , Oktyabr 22 2020
Ana səhifə / Araşdırma / “Piter Elçin”in qardaşının qətlinin sifarişçisi yaxalandı (VİDEO+18)

“Piter Elçin”in qardaşının qətlinin sifarişçisi yaxalandı (VİDEO+18)

Rusiyanın Sankt-Peterburq şəhərində Vüsal Əsgərov adlı Azərbaycan vətəndaşı həbs olunub.

Azinforum.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, Əsgərov kriminal aləmdə “Elçin Piterski” kimi tanınan Elçin İsmayılovun qardaşı Maarif İsmayılovun qətlini sifarişdə ittiham olunur.

Xatırladaq ki, keçən il iyunun 20-də keçmiş polis işçisi Emil Hüseynov Peterburqun “Sofiyskaya” meyvə-tərəvəz bazasında Maarif İsmayılovu odlu silahla qətlə yetirmişdi. Amma qatil uzağa qaça bilməmiş, bazardakı satıcılar tərəfindən tutularaq polisə təhvil verilmişdi.

Əsgərovun həbs bəzi məqamlara da aydınlıq gətirib. Yerli hüquq-mühafizə orqanlarındakı mənbə “Peterbuqskiy dnevnik”ə bildirib ki, Vüsal Əsgərov qətlin sifarişini Moskvadakı kriminal avtoritetlərdən birindən alıb. Məlumata görə, əslində Maarif yox, qardaşı “Elçin Piterski” öldürülməliymiş. Amma killer Elçinin izinə düşə bilməyib. Bundan sonra plan dəyişib. Maarifin qətli gündəmə gəlib.

Mənbənin sayta dediyinə görə, bundan sonra Elçini Maarifin dəfnində aradan götürmək qərarına gəliblər. Amma bu dəfə də planı həyata keçirmək mümkün olmayıb. Əvəzində onun digər qardaşı öldürülüb.

Həmçinin oxuyun

Gəncəyə atılan ballistik raketlərin növü açıqlandı – Fotolar

“ANAMA-nın məlumatına görə, Gəncəyə atılan raketlər SKAD/Elbrus əməliyyat-taktik ballistik raketidir”. “ Azinforum.az ” xəbər verir ki, …

Bir cavab yazın