Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Araşdırma / “Paytaxtda bir nəfər də olsun “qanuni oğru” qalmasın”

“Paytaxtda bir nəfər də olsun “qanuni oğru” qalmasın”

Moskva polisinin rəisi, general Anatoli Yakunin polis bölmələrinin rəisləri ilə b gün fevralın 10-a keçirdiyi müşavirədə paytaxtda bir nəfər də olsun “vor zakon”un qalmamasına dair əmr verib

Yakunin polis rəislərinə 2016-cı il ərzində paytaxt “vor zakon”larının iqtisadi bazasını dağıtmağı tapşırıb. “Bu biabırçılığa son qoymaq lazımdır”-general bildirib.

Yakunin deyib ki, Rusiya paytaxtında özünü “vor zakon” adlandıran şəxslər hələ də var. Ötən il 10 nəfər “vor zakon” məsuliyyətə cəlb olunub. “Lakin məlumat var ki, 15-ə yaxın bu cür şəxslər hələ də vaxtaşırı olaraq Moskvada peyda olur”-general bildirib.

“Bu adamlar özlərinin kriminal ideologiyasını yayır, onların nəzarəti altında mütəşəkkil cinayətkar qruplaşmalar var. Bu qruplaşmalar nəqliyyat vasitələrinin oğurlanmasında, narkobiznesdə, dələduzluqda və digər cinayət sferalarında fəaliyyət göstərir”-Moskva polisinin rəisi deyib.(Virtualaz.org)

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …

Bir cavab yazın