Çərşənbə axşamı , Oktyabr 27 2020
Ana səhifə / Araşdırma / Paytaxtaxdakı abadlıq niyə,  ancaq gözə görünən yerləri əhatə edir?- Bəs ara məhəllələr…

Paytaxtaxdakı abadlıq niyə,  ancaq gözə görünən yerləri əhatə edir?- Bəs ara məhəllələr…

Şəhərimiz günü–gündən çiçəklənir desək, yalan olmaz. 2015–ci ildə Avropa Oyunlarının və 2017–ci il ildə İslam Həmrəylik Oyunlarının Azərbaycanda keçirilməsi istər Azərbaycanın iqtisadi–siyasi, istərsə də ictimai–sosial həyatında mühüm rol oynadı. Bu hadisə təbii olaraq, şəhərimizə də öz təsirini bağışladı. Yollar, parklar, Bakının ən çox gəzilən, görünən turistlik baxımından böyük əhəmiyyət daşıyan səmtləri günü–gündən yenilənir, həmin yerlərdə inşaat–memarlıq işləri səngimədən davam etdirilir. Lakin, şəhərin elə yerləri var ki, insanın o küçələrdə, məhəllələrdə gəzməyi bir kənara qalsın, görməyi gəlmir. 60–70 ildi dəyişməyən və “tarixi abidə” ünvanını qoruyan bu ərazilərdə yollar, yolkənarı yerlər, kanalizasiya–su sistemləri bərbad vəziyyətdədir. Azinforum.az saytı olaraq biz şəhərimizin ümumi estetik görünüşü haqqında obyektiv təsəvvür yaratmaq üçün Bakının küçələrini, məhəllələrini gəzdik. Çox maraqlı haldır, əvvəllər “Raboçi” prospekti adlandırılan indiki “Nobel” prospektində yolun sağ və sol hissəsində dayanacaqlar, yaşıllıqlar və səkilər göz oxşayarkən ona paralel olan “Babək” prospektində vəziyyət bunun əkisini göstərir. Bakı şəhəri, Keşlə qəsəbəsinin Babək prospektinə yaxın bir ərazisində – Nizami Abdullayev küçəsi, “Avromed” dərman firmasının mərkəzi ofisinin yerləşdiyi məhəllədə Azərsu Açıq Səhmdar Cəmiyyəti tərəfindən 2 ilə yaxındır ki, qazıntı işləri davam etdirilir. Lakin hələ də məhəllədə abadlaşdırma işləri aparılmayıb. Elə bil belə də olmalıdı. Niyə ucqar yerlərdə vəziyyət belədir? Yəqin “Nobel” prospekti şəhərin dənizkənarı park–bulvarına bitişik olduğu və xarici qonaqların üzünə ən çox açılan prospektlərdən biri olduğuna görə səliqəli və təmiz saxlanılır. Deməli, şəhərin ucqar yerlərində yollar, küçələr, məhəllələr xaraba qalmalıdı? Axı nə vaxta kimi belə olacaq? Babək prospektinə açılan məhəllələr və küçələr, sadəcə, bizim gəzib gördüyümüz yerlərdən bir misaldır. Hələ “Sovetski” adlandılıran küçədə, Şərifzadə küçəsində, Xətai, Xırdalan, Biləcəri rayonlarındakı küçələri və məhəllələri demirəm. Başqa maraqlı bir hal daha, Yasamal rayonu Mətbuat prospektində də vəziyyət eyni ilə Nobel prospektindəki kimidir. Lakin ona paralel Şərifzadə küçəsində nə axtarsan var, təmizlikdən və səliqədən başqa. Gecələr də çölə çıxmaq olmur. Küçənin məhəllələrindəki işıqlandırma sistemində (yolkənarı lampalar) tez–tez texniki problemlər baş verir. Ya işıqlar sönür, ya da ki, lampalar xarab olur. İnsan axşam 8–dən sonra çölə çıxmağa qorxur. Məhəllə aralarında nə qədər qanunsuz işlərlə desəniz, məşğul olurlar. Burdakı məhəllələri gəzəndə addımbaşı yerdəki şiprisləri görsəniz, nə demək istədiyimizi başa düşərsiniz. Zibil qutularını heç demirəm. Bu yaxınlarda Keşlə qəsəbəsi ilə əlaqədar verdiyimiz yazıda bunu xüsusilə vurğulamışdıq. Bu halların tez–tez baş verməsi, yəni, zibil qutularının yerinin icazəsiz tez–tez dəyişdirilməsi, bəzi “mədəniyyət” kəlməsindən uzaq həyat tərzi keçirən “sakinlər”in zibil tullantılarını hara gəldi atması və əhalinin bu vəziyyətə laqeyd münasibəti də Bakının estetik gözəlliyinin pozulmasına gətirib çıxardır. Ona görə də burada günahı yalnız aidiyyəti qurumlarda görmək yanlış olardı. Sakinlərin laqeyd münasibətini də biz nəzərə aldıq. Tezliklə, şəhərimizin heç kimin yadına düşməyən bu küçələrində, məhəllərində abadlaşdırma işlərinin aparılması ÜMİDİLƏ…

Niftulla QÜDRƏTOĞLU

P.S. Qeyd edək ki, Keşlə qəsəbəsi Nizami Abdullayev küçəsində zibil qutularının yoxa çıxması ilə əlaqədar təqdim etdiyimiz tənqidi reportajdan sonra, həmin problem həllini tapdı. Belə operativ reaksiyaya görə Nizami rayon İcra Hakimiyyətinə minnətdarlığımızı bildiririk.

Həmçinin oxuyun

Qarabağ savaşı: 1 aylıq Vətən Müharibəsinin yaratdığı REALLIQLAR

Bu gün Vətən Müharibəsinin başlanmasından 1 ay ötür. Sentyabrın 27-dən etibarən Azərbaycan Ordusunun həyata keçirdiyi …