Çərşənbə , Dekabr 2 2020
Ana səhifə / Araşdırma / Paşazadələrin həbsdəki şərikinin bacıları əfv istədilər

Paşazadələrin həbsdəki şərikinin bacıları əfv istədilər

Allahşükür Paşazadə və yaxınlarının şəriki olmuş Müğdət Həşimovun bacıları növbəti dəfə mətbuata üz tutublar. Onlar M.Həşimovun başına gətirilənlərin ədalətli şəkildə araşdırılmasını, qardaşlarının əfv olunmasını istəyirlər.

M.Həşimovla Allahşükür Paşazadənin ailə üzvləri arasında “Birgə fəaliyyət haqda” müqavilə bağlanıb. Müqavilə üzrə M.Həşimov Paşazadələrə məxsus “Medi Sina” klinikasını işlədib. Sonradan tərəflər arasında münasibətlər pozulub və M.Həşimov Paşazadələrin qohumu Ramazan Zeynalovun ərizəsi əsasında həbs olunub. M.Həşimov 2015-ci ilin avqustunda Paşazadələrlə şərikli klinikadan 193 min manatlıq avadanlığın çatışmazlığına görə suçlanaraq həbs edilib. O, ittihamları qəbul etmir.

Paşazadələrin şəriki CM-in 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 179-cu (mənimsəmə) maddələri ilə təqsirli bilinib və 9 il müddətinə azadlıqdan məhrum olunub. M.Həşimovun bacıları müraciətlərində bildirirlər: “2 ildən çoxdur biz zəhmətkeş insanlar müqəddəs Ramazan bayramlarını, Qurban bayramlarını göz yaşları içində qarşılayırıq. Möhtərəm prezident! Qardaşımız Müğdət Həşimovun 60 yaşı var. 3 dəfə infarkt keçirib. 2010-cu ildə ürəyindən əməliyyat keçirib. Həbsxanada ayaqları tutulub. Onun həyatı təhlükədədir. Ziyalı adamdır. Kitab müəllifidir. Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Qardaşımız daxilən azad adamdı. Sifarişli həbsi onun və bizim üçün çox ağır oldu. Bu müqəddəs Qurban bayramı günü üzümüzü Sizə tuturuq: mərhəmət göstərin qardaşımıza. Xəstə canını ölümün pəncəsindən xilas edin. Bu müqəddəs günlərdə 4 sadə ananı, 4 sadə bacını və neçə-neçə onun yolunu gözləyən insanı sevindirin. Tək olan qardaşımız üçün, onun taleyi üçün çox narahatıq. Biz sizin xeyirxahlığınıza və mərhəmətinizə həmişə inanmışıq və inanırıq. Allahın Sizə bəxş etdiyi xeyirxahlıq əməllərinizlə hər bir Azərbaycan övladını sevindirdiyiniz üçün Tanrı köməyiniz olsun”.

Həmçinin oxuyun

Yoluxanların sayı yenə artdı

Azərbaycanda bu gün koronavirus infeksiyasına 3712 yeni yoluxma faktı qeydə alınıb, 1359 nəfər müalicə olunaraq …

Bir cavab yazın