Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Araşdırma / Parkinqlərdən yığılan pullar hara gedir? – VİDEO

Parkinqlərdən yığılan pullar hara gedir? – VİDEO

“Ödəniş etməsəniz cərimələnəcəksiniz deyib, onlardan 1, 2 manat pul alırlar”…

ARB TV xəbər verir ki, ötən gün BNA-nin sədri Vüsal Kərimli jurnalistlərə açıqlamasında bildirdi ki, Bakıda fəaliyyət göstərən yerüstü parkinqlərdə yığılan vəsaitin agentliklə heç bir əlaqəsi yoxdur. İndi hər kəsi bir sual maraqlandırır. Bəs, yığılan pullar hara gedir?

Məsələ ilə bağlı paytaxtın müxtəlif istiqamətlərində araşdırma apardıq. Parkinq xidmətində çalışanların hansı qurum üçün işlədiklərini elə onların özlərindən öyrənməyə çalışdıq.

Parkinq nəzarətçisi: “Bura ödənişsiz deyil, qəbz verirəm. Biz BNA-nə baxırıq”.

Bura 28 May metrosunun qarşısında fəaliyyət göstərən yerüstü parkinq yeridir. Ərazidə təqribən 20-dən çox işçi parkinq xidməti ilə məşğul olur. Bu şəxslərin göstərdikləri fəaliyyətə dair hər hansı sənədlərinin olmadığını da demək yerinə düşər.

Parkinq nəzarətçisi: “Mənim söz deməyimə ehtiyac yoxdur. Hələ 2 gündür işləyirəm”.

Ekspertlər deyir ki, parklanma yerləri BNA-nə həvalə olunsa da, hələlik qurum yalnız yeraltı parinqlərə nəzarət edir. Yerüstü parkinqlər hələlik heç bir quruma həvalə olunmadığı üçün xidmətdən istifadə ödənişsizdir.

Elməddin Muradlı – Ekspert: “Qanunsuz fəaliyyətdir. O aparatlar heç bir mərkəzi bazaya, heç bir sistemə qoşulu deyil. Sürücüləri qorxudurlar. Ödəniş etməsəniz cərimələnəcəksiniz deyib, onlardan 1, 2 manat pul alırlar”.

Görünən odur ki, məsələ ilə bağlı xüsusi normativlər olmadığından pulsuz fəaliyyət göstərməli olan parkinqlərdə dayanmaq üçün hələ bir müddət nəzarətsiz nəzarətçilərə pul ödəməli olacağıq.

  • 24.01.201917:00146

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …