Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Araşdırma / Parçalanmış “Porsche”, gizli sevgi, “Qalatasaray” formalı zəngin gənc…

Parçalanmış “Porsche”, gizli sevgi, “Qalatasaray” formalı zəngin gənc…

İran baş verən qalmaqallı hadisə ilə çalxalanır. Hökumətə yaxın din adamının oğlunun sarı rəngli “Porsche”də yanındakı sevgilisi ilə ölümü Tehranda ciddi səs-küyə səbəb olub.

2009-cu ildən bəri İrana qarşı tətbiq olunan beynəlxalq sanksiyalar xarici və rejimlə əlaqəli bəzi şəxslərin zənginləşməsinə səbəb oldu. Türkiyə ilə ticari əlaqəsi olan Babək Zəncani də bunlardan biri idi.

Ancaq sərvət toplayanlar yalnız bu ayıq-sayıq şəxslər deyildi. Onlara kömək edən və hökumətə yaxın adamlar da zənginlikdən öz nəsiblərini aldılar. Əlbəttə ki, uşaqları da…

İnstagram sosial şəbəkəsində “Rich Kids of Tehran” (“Tehranın zəngin uşaqları”) adlı hesabda paylaşılan fotolar İran kimi qapalı bir cəmiyyətdə belə zənginlərin övladlarının necə fərqli həyat yaşadığının göstəricisi oldu.

Məhz o həyatı yaşayanlardan biri də ötən həftə Tehranda sarı “Porsche” ilə qəza törədən Məhəmməd Hüseyn Rəbbani Şirazi idi. İki nəfərin öldüyü qəzada Şirazi maşını özü idarə etmirmiş… 

Qəzada həyatını itirən ikinci şəxs isə sükan arxasındakı 20 yaşlı Parivaş Əkbərzadə olub. Saatda 250 km sürətlə şütüyən maşın ağaca çırpılıb. Ölənlərin kimliyi açıqlanan andan etibarən İran “silkələndi”. Məlum oldu ki, Şirazi dövlətə yaxın bir din xadiminin nəvəsidir və başqa bir qızla nişanlıdır.

Qohumluq bağı olmayan oğlanlarla qızların bir yerə yığışmasının qadağan olunduğu İranda bu gənc sevgilisi ilə, həm də “Porsche”nin içində necə olurdu ki, raharlıqla gəzə bilirdi? Həm də xalq sanksiyaların əlindən az qala nəfəs almağa da çətinlik çəkdiyi bir vaxtda…

Sosial şəbəkələr bu suallarla dolub-daşanda isə din adamlarından açıqlama gəlib.

Tehranda orta gəlirli ailənin qızı olan bu gənc xanım zəngin sevgilisinin pulu hesabına lüks həyat yaşayıb və şəkillərini paylaşdığı sosial şəbəkədə 25 mindən çox izləyicisi olub. 

Sevgililərin Türkiyə səyahətinin xatirə şəkilləri də həmin hesabda yer alıb.

İranın ali dini lideri baş verən qəzadan sonra açıqlama verərək, deyib: “Bəzi varlıların uşaqları bahalı maşınlarda gəzirlər. Bu da cəmiyyətdə psixoloji narahatlıq yaradır. Hamı oğurluqdan şikayətçidir. Amma oğurluğun qarşısı alınmır. Hökumətin buna son qoymasının vaxtıdır” (musavat.com).

 

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın