Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Araşdırma / Pənah Hüseynin qohumlarına hökm oxundu

Pənah Hüseynin qohumlarına hökm oxundu

Hakim prokurordan ədalətli davranaraq yeddi nəfərə yüngül cəza verib…

Bu gün- dekabrın 14-də Sabirabad Rayon Məhkəməsində müxalifət lideri Pənah Hüseynin yeddi qohumunun məhkəməsi keçirilib. Musavat.com-un xəbərinə görə, hakim Firdovsi Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənlər son söz deyiblər. 
Çıxış edən yeddi nəfərdən heç biri özünü təqsirli hesba etməyib. Onlar həmçinin məhkəmədən ədalətli qərar çıxarmasını istəyiblər.
Məhkəmənin qərarına əsasən, İxtiyar Sərxoşov 3 il müddətinə şərti cəza alıb. Digər altı nəfər isə 2 ilədək müddətə islah işləri ilə cəzalandırılıblar. Həmçinin qarşı tərəfdən Rəsul Dəmirov da 2 il müddətinə islah işləri ilə cəzalandırılıb.
Qeyd edək ki, dövlət ittihamçısı onlara ağır cəza istəmişdi.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın