Şənbə , Aprel 20 2024
Ana səhifə / Araşdırma / Özünü yandıran meyxanaçıyla bağlı ilginc faktlar – “İsayam” deyib küçədə qaçırmış…

Özünü yandıran meyxanaçıyla bağlı ilginc faktlar – “İsayam” deyib küçədə qaçırmış…

Bu gün özünü yandıran tanınmış meyxanaçı Şaban Neftçalalının (Hüseynov Şaban Gülmirzə oğlu) 3 il əvvəl evdən qaçdığı ortaya çıxıb.  Elə həmin il ailəsi, xanımı ATV kanalında yayımlanan “Öz aramızda” verilişinə müraciət edib.  Proqramın komandası axtarışda olan şəxsi 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasında taparaq ailəsi ilə qovuşdurub. 

“Qafqazinfo”nun əldə etdiyi görüntülərdə  Şaban Hüseynov hər kəsi təəccübləndirən açıqlama verib. O, İsa peyğəmbər olduğunu deyərək küçədə yarıçılpaq gəzib.Həmin sujetdə meyxanaçı özü də danışıb:

“11 gündür ki, evdən çıxmışam. Həyat yoldaşı, ata kimi işə yaramadığıma görə evdən çıxdım. Məndə belə bir şey daha əvvəl olmuşdu, indi sakitləşmişəm. Uşağım üçün darıxmışam. Qızım Aişənin 3 yaşı var. Küçəyə çıxdım, bir-iki möcüzələrlə rastlaşdım. Getdim o möcüzələrin arxasıyla…Heç kim mənə inanmadı. İsa peyğəmbərəm dedim, əlimə hasa götürdüm.

Ayaqyalın lüt bədənlə düşdüm şəhərin canına. Deyirdim ki, İsa gəlib İsa, əlimdə bir hasa! Söyməyə başladım. Polislər yaxınlaşdı, dedilər ki, İsa, səni tanıyıram. Məni bu xəstəxanaya gətirdilər. İndi özümü yaxşı hiss edirəm. Anama demək istəyirəm ki, kaş məni dünyaya gətirməyərdi. Anam, ölmək istəyirəm”.

Daha sonra çəkiliş heyəti 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasında Şabanı ailəsi görüşdürüb.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …