Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Araşdırma / Özünü və bank işçisini yandırmaq istədi- Borca görə

Özünü və bank işçisini yandırmaq istədi- Borca görə

Beyləqan rayonunun Qarallar kəndinin sakini Cahangir Ağayev intihara cəhd edib.

Qafqazinfo” xəbər verir ki, bu barədə AzadlıqRadiosuna hadisənin şahidləri məlumat verib.

Şahidlərin dediyinə görə, Cahangir Ağayev əvvəlcə filialın yerləşdiyi ofis önündə bank işçilərindən birinə zəng vuraraq bayıra çıxmağını tələb edib. Həmin şəxs həm özünün, həm də filial işçisinin üzərinə benzin töküb. Sonuncu qaçmaqla canını yanğından qurtara bilib.

Hadisə yerinə çoxsaylı polis əməkdaşları gəlsə də onlar da bir müddət Cahangir Ağayevə yaxınlaşa bilməyiblər.

Lakin İmişli polisinin əməkdaşları C.Ağayevi zərərsizləşdirə və onu polis şöbəsinə aparmağa müvəffəq olublar.

“Accessbank” ASC İmişli filialının müdiri Eldar Fərhadov hadisənin baş verdiyini təsdiqləyib: 

“Bu şəxs bizim müştərimiz olub. Onu narazı salan kredit ödənişində gecikməyə görə əməkdaşımızın evinə getməsi olub. Biz problemli kreditlərlə bağlı məhkəməyə başqa banklarla müqayisədə çox az müraciət edirik. Çalışırıq danışıqla problemi yoluna qoyaq. Bank əməkdaşının onun qapısına getməyi də xoşməramlı olub”.

İmişli Rayon Polis Şöbəsindən bildirildi ki, saxlanılıb polis şöbəsinə aparılan C.Ağayev izahatı alındıqdan sonra sərbəst buraxılıb.

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın