Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Araşdırma / Özünü qatarın altına atdı, maşinist isə… – Metroda dəhşət

Özünü qatarın altına atdı, maşinist isə… – Metroda dəhşət

Bakı metrosunda gənc oğlan özünü qatarın altına atıb. ” Azinforum.az ”  Unikal.org-a istinadən xəbər verir ki, hadisə bu gün saat 15:00 radələrində “Bakı Metropoliteni”nin “Ulduz” stansiyasında qeydə alınıb.

Belə ki, 20-25 yaşlarında gənc oğlan qatar gələn zaman özünü reyslərin üzərinə atıb. Xoşbəxtlikdən qatarı dərhal saxlamaq mümkün olub. Xətdəki gərginlik kəsildikdən sonra sərnişin qatarın altından çıxarılıb.

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, hadisə bu gün saat 15:50 radələrində baş verib:

“1992-ci il təvəllüdlü Ələsgərli Tamerlan Rövşən oğlu özünü qatarın altına atıb. Maşinistin sayıqlığı, operativliyi nəticəsində qatarı dərhal saxlamaq mümkün olub və hadisə nəticəsində vətəndaş sağ qalıb. O, hər hansı bir xəsarət almayıb. Tamerlan Ələsgərli polisə təhvil verilib. Qatarlarların hərəkət intervalında hər hansısa gecikmə yaranmayıb”.

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın