Cümə , Aprel 19 2024
Ana səhifə / Araşdırma / Özünü qatarın altına atan qadının əri: “Arvadım gizlicə telefon işlətdiyi üçün mübahisə etmişdik”

Özünü qatarın altına atan qadının əri: “Arvadım gizlicə telefon işlətdiyi üçün mübahisə etmişdik”

Lənkəran rayonunda 4 uşaq anasının özünü hərəkətdə olan yük qatarının altına ataraq intihara cəhd etməsinin bəzi detalları məlum olub.
İntihara cəhd edən qadının əri Rəvan Əlizadə “Report”un Cənub bürosuna bildirib ki, arvadı ondan gizlin mobil telefon işlətdiyi üçün aralarında mübahisə olub: “Arvadıma mobil telefon işlətməyi qadağan etmişdim. Dörd gün bundan əvvəl gördüm ki, məndən xəbərsiz mobil telefon alıb və gizlin işlədir. Buna görə də mübahisə etdik. Bu gün evdən çıxanda mənə dedi ki, anasıgilə gedəcək. Mən nəbilim ki, gedib özünü qatarın altına atar?!”
Qeyd edək ki, Lənkəran Rayon Mərkəzi Xəstəxanasında əməliyyat edilən qadının bir ayağı amputasiya olunub.
***15:48
Lənkəran rayonunda özünü qatarın altına ataraq öldürmək istəyən qadının şəxsiyyəti müəyyənləşib.
“Report”un Cənub bürosunun məlumatına görə, Lənkəran şəhər sakini, 1991-ci il təvəllüdlü Aida Cəlil qızı Əlizadə özünü yük qatarının altına atıb.
Qeyd edək ki, intihara cəhd edən qadın 4 uşaq anasıdır və o, uşaqları ilə vidalaşaraq evdən çıxıb.
Ağır bədən xəsarətləri alan qadın Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirlib.
***15:35
Lənkəran rayonunda qadın özünü qatarın altına ataraq intihara cəhd edib.
“Report”un Cənub bürosunun məlumatına görə, hadisə rayonun Vel kəndi ərazisində qeydə alınıb.
Hələlik adı məlum olmayan qadın özünü qatarın altına ataraq öldürmək istəyib.
Faktla bağlı araşdırmalara başlanılıb.
Əlavə məlumat veriləcək.

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …

Bir cavab yazın