Şənbə , Aprel 20 2024
Ana səhifə / Araşdırma / Özünü İcra Hakimiyyəti qarşısında doğradı

Özünü İcra Hakimiyyəti qarşısında doğradı

Bu gün Cəlilabad Rayon İcra Hakimiyyətinin binası qarşısında intihara cəhd baş verib.

“Qafqazinfo”nun məlumatına görə, rayondakı mənbələrdən azadliq.info-ya bəlli olub ki, polis və məhkəmənin qanunsuzluğundan icra başçısına şikayət etmək istəyən Alar kəndindən Əliyevlər ailəsi zorakılıqla üzləşib. Buna görə də ailə üzvlərindən biri – Tərlan Əliyev özünü bıçaqla doğrayıb. Daha iki nəfər isə özünü yandırmaq istəyib, lakin ətrafdakılar onlara mane ola biliblər. Daha sonra şikayətçilər polis şöbəsinə aparılıblar.

Yaralı Tərlan Əliyev isə rayon xəstəxanasına yerləşdirilib.

Ailə başçısı Füzuli Əliyev, onun yetkinlik yaşına çatmamış oğlu Allahverdi Əliyev və qardaşı oğlu Rüstəm Əliyev hazırda polis şöbəsindədirlər.

Cəlilabad RİH başçısının köməkçisi Malik Şərbətov lent.az-a açıqlamasında bildirib ki, hadisə məhkəmədən boyun qaçıran şəxslər tərəfindən törədilib:

“Bir müddət əvvəl Alar kəndində qonşular arasında dava olub. Dava zamanı bir qrup kənd sakini Hətəmov Siyasət Sücəddin oğlunun övladını döyüblər. Bundan sonra məsələ hüquq-mühafizə orqanları tərəfindən araşdırılıb və məhkəməyə göndərilib. İş məhkəmədə olarkən hadisəni törədən şəxslər icra hakimiyyətinin qəbuluna yazılıblar. Mən şəxsən onları qəbul etmişəm və daha sonra kənd icra nümayəndəliyinə tapşırmışıq ki, tərəfləri barışdırmağa kömək etsinlər. Ağsaqqalların da iştirakı ilə qonşular barışdırılıb. Amma eyni zamanda məhkəmə prosesi də davam edir və tərəflər məhkəməyə də gəlməlidirlər. Lakin hadisəni törədən Əliyev Tərlan Elbəy oğlu, Əliyev Rüstəm Elbəy oğlu və Əliyev Allahyar Füzuli oğlu məhkəməyə getmək istəməyiblər və icra hakimiyyətinin yaxınlığına gəliblər. Burada Tərlan Əliyev camaatın gur olduğu yerdə kəsici alətlə özünə, qarın nahiyəsinə xəsarət yetirib”.

RİH nümayəndəsi əlavə edib ki, insidenti törədən şəxslərin psixoloji vəziyyətlə bağlı problemi var və özünə xəsarət yetirən şəxs daha əvvəl ruhi-əsəb dispanserində müalicə olunub.

Həmçinin oxuyun

Təhsil, iş və cəmiyyətə inteqrasiyadan kütləvi məhrum olmuş gözdən əlillər

Orta ixtisas təhsilli ibtidai sinif müəllimi Şəhla İmanova gözdən əlil uşaqlar üçün ölkədə fəaliyyət göstərən …

Bir cavab yazın