Cümə axşamı , Noyabr 26 2020
Ana səhifə / Araşdırma / Özlərini jurnalist kimi təqdim edib – Şantaj etdilər

Özlərini jurnalist kimi təqdim edib – Şantaj etdilər

Özlərini jurnalist kimi təqdim edib vətəndaşı ailə üzvləri barəsində rüsvayedici məlumatlar yaymaqla şantaj edən şəxslərlə bağlı cinayət işi açılıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə barədə Bakı şəhər sakini 1976-cı il təvəllüdlü Mehman Həsənov Daxili İşlər Nazirliyinə müraciət edib.

O bildirib ki, 2015-ci ilin iyun ayından avqust ayınadək özlərini jurnalist kimi təqdim edən Cəlal və Kənan adlı şəxslər onu şantaj edərək pul alıblar. O qeyd edib ki, həmin şəxslər M.Həsənovun özü və ailəsi barədə rüsvayedici məlumatlar əldə etdiklərini deyiblər. Onlara pul verməyəcəyi təqdirdə bu məlumatları internet portallarında yayacaqları ilə hədələyiblər. Həmin şəxslər bu yolla M.Həsənovdan 1 200 manat alıblar.

Faktla bağlı Xətai RPİ-də Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb.

Araşdırma davam etdirilir.

Həmçinin oxuyun

“NAXÇIVAN DƏHLİZİ”nə HANSI TƏHLÜKƏLƏR VAR? –TƏHLİL

Professor Kürşad Zorlu “Habertürk”, Türkiyə, 21 noyabr 2020-ci il Qarabağla bağlı əldə edilən anlaşmanın mətni …

Bir cavab yazın