Çərşənbə axşamı , Yanvar 26 2021
Ana səhifə / Araşdırma / Özəldəki həkimlərin fantastik qazancı – Günə 3-5 min manat…

Özəldəki həkimlərin fantastik qazancı – Günə 3-5 min manat…

Xəbər verdiyimiz kimi, Vergilər Nazirliyi özəl xəstəxanalarda yoxlamalar həyata keçirib. Yoxlama nəticəsində məlum olub ki, xronometraj metodu ilə müşahidəsi yekunlaşdırılmış obyektlər üzrə 2018-ci ilin 9 ayı üzrə cari bəyannamədə göstərilən orta günlük dövriyyə məbləği 2,4 dəfədən çox artıb. Belə ki, əldə edilmiş sənədlər üzrə aparılmış təhlillər zamanı əvvəlki dövriyyələrin 3.2 dəfə və ya təxminən 231 milyon manata yaxın gizlədildiyi aşkar edilib. 

Əməkhaqqı üzrə ödəmələrin yayındırılması halları müəyyən edilmiş 22 vergi ödəyicisi üzrə 2018-ci ilin 9 ayında bəyannamələrdəki məbləğlərinin real göstəricilərə nisbətən 7,6 dəfə az əks olunduğu müəyyən edilib.
Bəzi özəl tibb müəssisələrinin rəsmi sənədlərində həkimlərə verilən aylıq əməkhaqqı məbləği 130-490 manat göstərilməsinə baxmayaraq, bu məbləğin bir sıra hallarda on minlərlə manat arası olduğu təsdiqini tapıb.

Bundan başqa, xəstəxanalardan müayinə üçün göndərilən həkimlərə xəstə tərəfindən ödənilən məbləğlərdən müəyyən faiz şəklində vəsaitlərin ödənildiyi halları da öz təsdiqini tapıb. Bəzi klinikalarda tanınmış həkimlərin gəlirləri əməliyyatdan daxil olmuş məbləğlərin 50-70%-ini əhatə etdiyi aşkar edilib. Aparılan yoxlamalar özəl tibb müəssisələrində qeyri-rəsmi əməkhaqlarının geniş tətbiq edilməsini bir daha təsdiq edib.

 “Qafqazinfo” özəl klinikalarla bağlı mövzunun gündəmə gəlməsini nəzərə alaraq bəzi tanınmış həkimlərin müayinə və qəbul qiymətləri ilə maraqlanıb. Araşdırma nəticəsində məlum olub ki, qəbulların və müayinələrin qiyməti hər il bahalaşır.

Belə ki, sahə üzrə hazırda ən çox müraciət edilən həkimlər ginekoloqlar, pediatrlar, oftalmoloqlarıdır. Bu ixtisaslar üzrə tanınmış həkimlər isə əsasən Baku Medical Plaza xəstəxanalar şəbəkəsində işləyir.

Fotoda: Aytən Səfərova, Nərmin Qəribova, Rəşad İsmayılzadə və Rəxşəndə Aslanova

Sözegedən xəstəxananın uzman cərrah mama ginekoloqu Nərmin Qəribovanın qəbulu və müayinəsi 80-90 manat, qadın xəstəlikləri və doğum uzmanı, xəstəxananın baş həkim müavini Aytən Səfərovanın qəbul və müayinəsi 80 manat, uzman cərrah mama ginekoloq Rəxşəndə Aslanovanın qəbul və müayinəsi 70 manat, uzman ginekoloq Rəşad İsmayılzadənin qəbul və müayinəsi isə 60 manat təşkil edir.

Fotoda: Pediatr Altay Abdullaoğlu, Əli Quliyev və Erkin Rəhimov

Məşhur pediatrlar Əli Quliyev və Altay Abdullaoğlunun qəbuluna yazılmaq üçün 50 manat, Erkin Rəhimovun qəbuluna yazılmaq üçün isə 80 manat ödəməlisiniz.

Məşhur oftalmoloq Cahid Şahbazovun isə müayinəsinə yazılmaq üçün 40 manatınızdan keçməlisiniz.

Qeyd edək ki, onların qəbuluna düşmək elə də asan məsələ deyil. Belə ki, qəbula 15 gün bəzən də 1 ay əvvəl yazılmaq lazımdır. Hətta bu halda belə gün ərzində növbə gözləməli olursan. Demək olar ki, həmin həkimlər bəzən gün ərzində 60-ya yaxın xəstə qəbul edir.

Həmçinin oxuyun

800-dən çox saxta arayış, sosial şəbəkələrdə yalan xəbər, korrupsiya və… – Prokurorluq hesabat yayıb

2020-ci il ərzində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməliyyat qurumları öz vəzifələrini …