Ana səhifə / Araşdırma / Otellərdə nikah kağızına ehtiyac varmı? – AÇIQLAMA – VİDEO

Otellərdə nikah kağızına ehtiyac varmı? – AÇIQLAMA – VİDEO

Ölkədəki bəzi hotel və istirahət mərkəzlərinə üz tutan müştərilər çıxılmaz vəziyyətdə qalırlar. Çünki əksər vaxt müştərilərdən evliliyi sübut edən sənəd tələb olunur. Bu da insanlar tərəfindən birmənalı qarşılanmadığı kimi haqlı narazılığa səbəb olur.

ARB TV-nin “Günə doğru” proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.

Üz tutduğumuz bəzi otellər səbəb kimi mehmanxanalarının əxlaqsızlıq məqsədilə istifadə olunacağından və imiclərinin zədələnəcəyindən ehtiyyat etdiklərini bildirdilər.

Fəxri Məmmədli – Otelin müdir müavini: “Nikah kağızı istəyirik, olmasa buraxılmır. Otelimizə ailələr çox gəlir, ona görə öz başınalıqların qarşısını almaq istəyirik. Gələn alilələr rahat istirahət etsin”.

Cütlüklərin oteldə qalmaq barədə razılığı varsa, yerli vətəndaşlardan şəxsiyyət vəsiqəsi, xarİci vətəndaşlardan isə xarici pasportun tələb edilməsi kifayətdir. Əgər otel işçiləri şəxslərdən nikah kağızı istəyirsə, bu zaman insanların şəxsi toxunulmazlığı, konstision hüququ pozulmuş olur.

Azər Yusifli – Otel meneceri: “O əvvəllər idi ki, nikah kağızı istəyirdilər. İndi mən bilən elə bir şey yoxdur”.

Tezliklə yaradılacaq otellər assosisiyası ilə məsələnin öz həllini tapacağı gözlənilir.

Bu cür faktla üzləşənlər haqlarının pozulduğu iddiası ilə məhkəməyə müraciət edə bilər.

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …