Bazar , Oktyabr 25 2020
Ana səhifə / Araşdırma / Ötən il Azərbaycan vətəndaşları Türkiyədə 1,1 mindən çox daşınmaz əmlak alıb –Torpaq kadastrı

Ötən il Azərbaycan vətəndaşları Türkiyədə 1,1 mindən çox daşınmaz əmlak alıb –Torpaq kadastrı

2019-cu ildə Azərbaycan vətəndaşları Türkiyədə 1191 daşınmaz əmlak əldə edib ki, bu da 2018-ci illə müqayisədə 59 obyekt azdır.
Trend bu barədə Türkiyənin Torpaq kadastrı və alqı-satqı işləri üzrə dövlət orqanına istinadən məlumat verir.
Statistikaya əsasən, Azərbaycan vətəndaşları 2019-cu ilin dekabr ayında Türkiyədə 146 daşınmaz əmlak əldə edib. Bu, 2018-ci ilin dekabrı ilə müqayisədə 20 obyekt azdır.
2019-cu ildə Türkiyədə 1,348 milyon daşınmaz əmlak satılıb ki, bu da 2018-ci illə müqayisədə 1,9 faiz azdır.
Ötən il Türkiyədə əcnəbi vətəndaşlara 45 483 daşınmaz əmlak satılıb. Bu göstərici 2018-ci illə müqayisədə 14,7 faiz çoxdur.

Həmçinin oxuyun

Qəbələ və Kürdəmir “Elbrus” raket sistemi ilə vurulub

Erməni hərbi qüvvələri Qəbələ və Kürdəmir bölgələrini hədəf alıb. Bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan …