Şənbə , Aprel 20 2024
Ana səhifə / Araşdırma / ORT-nin məşhur jurnalisti Kiyevdə öldürüldü – Terror

ORT-nin məşhur jurnalisti Kiyevdə öldürüldü – Terror

Kiyevdə məşhur jurnalist Pavel Şeremet həlak olub.

 

Axar.az xəbər verir ki, Şeremetin həlak olmasına səbəb içində olduğu avtomobilin partlaması olub.

 

Hadisə Şeremetin evinin yaxınlığında baş verib. O öz evindən çıxaraq “Ukrainskoy Pravda” saytının rəhbəri Alene Pritulenə məxsus avtomobilə əyləşib. Pritule bu zaman avtomobildə olmayıb. Maşın hərəkətə keçdikdən bir neçə saniyə sonra partlayıb.

 

Qeyd edək ki, Şeremet Rusiyanın İctimai Televiziyasının eks-müxbiridir. O, 2013-cü ildən “Ukrainskoy Paravda” saytının icraçı direktorudur.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın