Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Araşdırma / Ordumuzun Günnüt zəfəri erməni terrorçusu Jirayr Sefilyanı təşvişə salıb

Ordumuzun Günnüt zəfəri erməni terrorçusu Jirayr Sefilyanı təşvişə salıb

“Sasna Tsrer” ümumerməni partiyasının həmsədri və Qarabağ  döyüşlərinin ən fəallarından biri hesab edilən Livan ermənisi Sefilyan, şanlı ordumuzun Günnüt zəfəri ilə bağlı mətbuata özünəxas tərzdə açıqlamalar veribdi. “ASALA” terror təşkilatının üzvü, Ermənistanın  “milli qəhrəmanı” Monte Melkonyanın ən yaxın silahdaşı və 1991-ci ilin oktyabrından onunla birlikdə Livandan Qarabağa gələn keçmiş döyüşçü bildirmişdir: “Naxçıvanın şimali-şərq hissəsindəki cəbhənin sərhəd boyunca yerləşən strateji əhəmiyyətli ərazi  itkiləri  Ermənistan üçün çox baha başa gələ bilər. 11 min hektardan çox olan ərazilər Azərbaycan ordusunun nəzarəti altına keçmişdir. Həmin ərazilər Azərbaycan üçün olduqca çox qiymətlidir. Çünki həmin mövqelərdən azərbaycanlı hərbçilər bir çox yaşayış məntəqələrimizi və baş magistral yolumuzu hədəf seçə bilərlər. Mən başa düşə bilmirəm həmin postlarda xidmət aparan ordumuzun hərbçiləri hara baxırdılar. Buna oxşar hadisələr 1994-cü ilin əvvələrində Qarabağ bölgəsində də baş vermişdir. Onda da Azərbaycan ordusunun əsgərləri bizim bir çox ələ keçirdiymiz torpaqları yenidən öz nəzarətləri altına aldılar. Hələ də biz onun ağrı-acısını duyuruq. Mən bir döyüşçü  kimi bildiriəm ki, əgər Naxçıvanda baş verən hadisələrə adekvat cavab verilməsə, onda biz gələcəkdə yeni ərazi itkiləri ilə üzləşəcəyik. Təəssüf hissi ilə demək istəyirəm ki, Ermənistanda hakimiyyət dairələri hələ də bu məsələyə o qədər də ciddi əhəmiyyət vermirlər. Mən yenə təkrar edirəm  Naxçıvanda baş verən hərbi əməliyyatlar bir ciddi siqnal olaraq başlanğıcdır. Ermənistan ordusu hər an cəbhədə ayıq-sayıq olmalıdır”.

Aparılan müşahidələr və təhlillər göstərir ki, Ermənistan ordusu getdikcə acınacaqlı vəziyyətə düşür. Azərbaycan torpaqlarını işğal altında saxlayan orduda rüşvət, korrupsiya, fərarilik, qətl, zorlama və digər nizamnamədənkənar halların sayı hər il artır. Hərbi qulluqçuların mənəvi-psixoloji vəziyyəti getdikcə pisləşir. Elə sadəcə erməni KİV-lərin təhlili göstərir ki, Ermənistan SQ-də intiharlar, komandirlər tərəfindən şəxsiyyətin alçaldılması, təhqir edilməsi, söyülməsi faktları xeyli artmışdır. Ermənistan mətbuatından əldə edilən əlavə bir məlumatda qeyd olunur ki, son  10 ildə orduya çağırılmaqdan yayınaraq xaricə qaçan erməni “dğa”larının sayı 7 minə yaxındır. Bu gün  Ermənistan ordusunda boş yerləri qismən də olsun doldurmaq üçün zor gücünə orduya tam yararsız gəncləri aparırlar. Bunlar arasında əlillik dərəcəsi olanları (xüsusən gözdən və ayaqları şikəst olanları) demək olar ki, daha çox üstünlük təşkil edir. Aprel döyüşlərində yüzlərlə itki verən düşmən ordusunun sıralarında biz bunun əyani şahidi olduq. Müstəqil erməni hüquq müdafiəçisi Janna Aleksanyan, bildirmişdir; “Ermənistan ordusunda korrupsiya, özbaşınalıq və əxlaqsızlıqla yanaşı, kriminogen vəziyyət də qorxunc səviyyədədir. Şəxsi heyət arasında narkotik maddələrin qəbul edilməsi halları da sürətlə yayılır. Bu səbəbdən Ermənistan ordusunda cürbəcür çirkin hadisələrin və ağır cinayətlərin sayı durmadan artır”.

     -Bəli görünür keçmiş qarabağ döyüşçüsü və Livan erməni terrorçusu hər şeyi düz anlayıb. Azərbaycan ordusunun Günnüt zəfəri  hələ onlar üçün bir başlanğıcdır. Fikirlərimi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı möhtərəm İlham Əliyev Cənablarının, ordumuzun yaranmasının 100 illik yubileyi münasibətilə iyunun 26-da Bakının Azadlıq meydanında keçirilən hərbi paraddakı dəyərli, qürurverici nitqindən bir parça ilə yekunlaşdırmaq istəyirəm: “Aprel döyüşləri və Günnüt zəfəri bizim şanlı qələbəmizdir. Azərbaycan əsgəri, zabiti, generalı – Azərbaycan Ordusu əsl qəhrəmanlıq, peşəkarlıq, rəşadət göstərmişdir. Bir daha göstərmişdir ki, Azərbaycan xalqı bu işğalla qətiyyən barışmayacaq.  Bir daha göstərmişdir ki, Ermənistan tərəfindən onların ordusu ilə bağlı uzun illər ərzində yayılan nağıllar mif idi. Biz bu mifi və onların illər boyu yaratdığı dırnaqarası möhkəm müdafiə xəttini bir-neçə gün ərzində yardıq, məhv etdik. Əgər erməni əsgərləri növbəti dəfə bu hallarla üzləşmək istəmirlərsə onda onlar dərhal Azərbaycan torpaqlarından çıxmalıdırlar”.

Aydın EYVAZOV, AMEA-nın əməkdaşı

Azinforum.az

Həmçinin oxuyun

Köhnə siyahılar üzrə ictimai rəyə soxuşdurulan “politoloq” və “hərbi şərhçi”lərlə vidalaşmağın zamanıdır…

Bir dəfə yazdım ki, ölkədə ard – arda iki devalvasiya baş verdi, bir nəfər iqtisadçının …