Çərşənbə axşamı , Avqust 4 2020
Ana səhifə / Araşdırma / “Onun general arvadı olduğunu “Bandotdel”də bildim”

“Onun general arvadı olduğunu “Bandotdel”də bildim”

General Emin Şəkinskinin keçmiş arvadı Gülnarə Şəkinskayanın və övladlarının ölkədən çıxmasına kömək edən şəxslərdən biri, keçmiş polis işçisi Namiq Camalovun apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bu iş üzrə Saçlı Həsənova, Namiq Camalov, Raqub İsbəndiyarov, Zeynəb Cəfərova, Şəfiqə Bağırova, Pərvin Dadaşov, Rəvanə Dadaşova, Tahir Hüseynov, Günel Hüseynova, Adəm İsgəndərov, Pənah Dadaşov və Ənnab İsgəndərova təqsirləndiriliblər.

İttihama görə, həmin şəxslər Gülnarə Şəkinskayanın, eləcə də onun övladları – Həmidə, Məryəm, Nadiya və Cəvahir Şəkinskilərin dövlət sərhədini qanunsuz keçmələrinə yardım ediblər. Bu məqsədlə G.Şəkinskaya keçmiş həyat yoldaşı Emin Şəkinskinin evindəki dəmir seyfdən 60 min manatı oğurlayıb.

N.Camalov oğurluq, dövlət sərhədini qanunsuz keçmə və rəsmi sənədləri saxtalaşdırmaqda ittiham edilib. O, məhkəmədə ifadəsində deyib ki, Gülnarə Şəkinskayanı “Aysel” kimi tanıyıb: “Pul müqabilində ona sürücülük edirdim. Əvvəlcədən danışmışdıq ki, 600-700 manat pul alacam. Demişdi ki, evi plana düşüb, ona görə rayona qeydiyyata düşmək istəyir. Bu səbəbdən də bir neçə dəfə onu Bərdəyə aparıb-gətirmişəm. Bərdədə aldığı pasportda da kimliyi “Əliyeva Aysel Müzəffər qızı” yazılmışdı. Onun general Emin Şəkinskinin arvadı Gülnarə olduğunu “Bandotdel”də bildim”.

Bakı Ağır Cinayət Məhkəməsinin hökmü ilə N.Camalov 8 il müddətinə azadlıqdan məhrum edilib. Digər şəxslərdən Pənah Dadaşov və Raqub İsbəndiyarova 3 il, qalanlarına isə şərti cəza verilib.

N.Camalovun apellyasiya şikayəti üzrə məhkəmə prosesi üzrə baxış iclası təyin edilib. Onun işinə Bakı Apellyasiya Məhkəməsinin hakimi İlqar Murquzovun sədrliyi aprelin 6-da baxılacaq.

Əvvəllər Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin rəisi olan general-mayor Emin Şəkinski 2016-cı ilin iyul ayında nazirliyin Nəqliyyatda Baş Polis İdarəsinin rəisi vəzifəsinə təyinat alıb.

Həmçinin oxuyun

Azərbaycanda daha çox bu yaşda şəxslər yoluxur

Azərbaycanda koronavirusa yoluxanların 5%-ni 0-9 yaş aralığındakı uşaqlar təşkil edir.  “Qafqazinfo” koronavirusinfo.az saytına istinadən xəbər …

Bir cavab yazın