Ana səhifə / Araşdırma / OMON meyxanaçıların da olduğu “sxodka”nı belə basdı (TAM VİDEO)

OMON meyxanaçıların da olduğu “sxodka”nı belə basdı (TAM VİDEO)

Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara məxsus restorana xüsusi tıyinatklı polis dəstəsinin basqın etməsinin geniş videosu yayılıb.
BAKU.WS xəbər verir ki, videoda polisin qəfildən hücum etməsi və qadın-uşaq qarışıq, hər kəsin əllərini bağlayaraq yerə uzatdıqları görünür.
Xatırladaq ki, martın 30-da saat 21:00 radələrində azərbaycanlı iş adamının 50 illik yubileyi münasibətilə təşkil olunan tədbirə yerli polis xüsusi təyinatlıları tərəfindən basqın edib.
Hadisənin iştirakçılarından olan iş adamı Mehman Ağamuradov bildirib ki, təxminən 160 nəfərin iştirak etdiyi məclis Ağayar Ağayev adlı iş adamının yubileyinə həsr olunub.
Rusiyanın xəbər agentlikləri isə polisin kriminal avtoritetlərin yığıncağına müdaxilə etdiyi iddia olunur. XRusiya Daxili İşlər Nazirliyinin regional idarəsindən bildiriblər ki, əməliyyat zamanı hadisə yerində narkotikə oxşayan maddə, habelə bıçaq və dəyənək aşkarlanıb.
Yerli mətbuatın xəbərinə görə, şəhərin Kosmonavtlar küçəsi, 134 ünvanında yerləşən “Qulyaki” kafesində kriminal “sxodka” keçirilirmiş. İddia olunur ki, tanımış azərbaycanlı kriminal avtoritet Rövşən Lənkəranski Ural regionuna “nəzarətçi” kimi öz adamını – Ağayev Ağayar Hüseyn oğlunu qoymaq istəyib. Kafedə həm bu münasibətlə, həm də Ağayar Ağayevin ad günü ilə əlaqədar mərasim təşkil olunub. Mərasimə regionun kriminal avtoritetlərinin toplaşdığı bildirilir və bu sırada Perveuralskdan gəlmiş Əli adlı “qanuni oğru”, Vaqif (Kamışlovo), “Yuqra Cavanşir” və digər avtoritetlərin adı çəkilir. A. Ağayev ad gününü təntənəli keçirmək üçün Bakıdan da qonaqlar dəvət edib. Ehtiram və İntiqam Rüstəmov qardaşlarından başqa, Aqşin, Nicat Mənalı kimi meyxanaçılar, habelə “Oqni Baku” qrupu da dəvətli olub.

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın