Ana səhifə / Araşdırma / “Omikron” ağciyərə necə təsir edir? – ARAŞDIRMA

“Omikron” ağciyərə necə təsir edir? – ARAŞDIRMA

“Omikron” digər koronavirus ştammlarına nisbətən ağciyərlərə daha az təsir edir. Buna görə də xəstəliyin daha az ağır gedişinə səbəb ola bilər.

Bu barədə yapon və amerikalı alimlər deyib.

“New York Times” yazır ki, Vaşinqton Universiteti Tibb Fakültəsi, Madisondakı Viskonsin Universiteti və Tokio Universitetinin mütəxəssisləri yeni ştammın ağciyərlərdə daha yavaş yayıldığını aşkar ediblər.

Təcrübə zamanı siçovullar COVID-19-un müxtəlif ştammlarına yoluxan, “Omikron”lu gəmiricilərdə tənəffüs yollarının daha az zədələnməsi aşkar edilib.

Honq-Konq Universitetinin alimləri də eyni nəticəyə gəliblər. Onlar müəyyən ediblər ki, “Omikron” insanın tənəffüs yollarında “Delta”dan daha yavaş yayılır. Cebhe.info

Həmçinin oxuyun

Rza Talıbov bu məsələyə görə Fuad Nəcəfli ilə Naxçıvanda görüşmək istəyib…

Bir neçə gün əvvəl Naxçıvan Ali Məclisində qəribə bir gərginlik yaşanıb. Muxtar respublikadakı mənbələrdən Azpolitika.info-ya …