Bazar ertəsi , Avqust 15 2022
Ana səhifə / Araşdırma / “Omikron” ağciyərə necə təsir edir? – ARAŞDIRMA

“Omikron” ağciyərə necə təsir edir? – ARAŞDIRMA

“Omikron” digər koronavirus ştammlarına nisbətən ağciyərlərə daha az təsir edir. Buna görə də xəstəliyin daha az ağır gedişinə səbəb ola bilər.

Bu barədə yapon və amerikalı alimlər deyib.

“New York Times” yazır ki, Vaşinqton Universiteti Tibb Fakültəsi, Madisondakı Viskonsin Universiteti və Tokio Universitetinin mütəxəssisləri yeni ştammın ağciyərlərdə daha yavaş yayıldığını aşkar ediblər.

Təcrübə zamanı siçovullar COVID-19-un müxtəlif ştammlarına yoluxan, “Omikron”lu gəmiricilərdə tənəffüs yollarının daha az zədələnməsi aşkar edilib.

Honq-Konq Universitetinin alimləri də eyni nəticəyə gəliblər. Onlar müəyyən ediblər ki, “Omikron” insanın tənəffüs yollarında “Delta”dan daha yavaş yayılır. Cebhe.info

Həmçinin oxuyun

Abutalıbovun İstanbuldakı məşhur otelindən reportaj – Çirkli pullar necə yuyulur? – VİDEO

Bakının sabiq meri Hacıbala Abutalıbovun oğlu İsrafil Abutalıbov mətbuatın həmişə maraqla izlədiyi şəxs olub.Zaman-zaman onun …