Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Araşdırma / Ölkədə dəhşətli İİV-ə yoluxanların sayı artır

Ölkədə dəhşətli İİV-ə yoluxanların sayı artır

Mehriban Zeynalova: “Bəzi kişilər özləri bu təhlükəni yaradır”

Ölkəmizdə bu ilin 3 ayı ərzində 148 nəfərin İİV-ə (İnsanın İmmunçatışmazlığı Virusu) yoluxduğu aşkarlanıb. Rəsmi məlumata görə, onların 145 nəfəri  – yəni 98 faizi yerli, 3-ü – 2 faizi isə əcnəbi vətəndaşlardır. Təbii ki, 3 ay ərzində 148 nəfərdə dəhşətli xəstəliyin aşkarlanması böyük narahatlıq doğurur. Əsasən bu cür xəstəliklər nikah qeydiyyatı zamanı ortaya çıxır. Bəzi ucqar bölgələrdə rəsmi nikaha düşməyən yeni ailələri də nəzərə alsaq, mövcud rəqəmin daha çox olduğunu demək olar. Ümumiyyətlə, son illərdə dəhşətli xəstəlik ölkəmizdə geniş yayılmağa başlayıb.

Belə ki, təkcə ötən ilin 10 ayı ərzində 437 nəfərdə İİV aşkarlanmışdı ki, onların da 431-i yerli vətəndaş idi. 437 nəfərin isə 275-i kişi, 156-sı qadındır.

2016-cı ildə isə bu rəqəm 556 nəfər idi. Həmin ildə də qadınlar yalnız 36 faiz təşkil edirdi. Bütün dünyada olduğu kimi, ölkəmizdə də bu xəstəlik daha çox 25-45 yaş arasında olan insanlarda aşkarlanır.

Bir məsələni də qeyd edək ki, əvvəllər ölkəmizdə bu xəstəlik dəhşətli hal kimi qəbul olunurdusa, indi sanki insanların gözündə bu xəstəlik adiləşməyə başlayıb. Lakin rəsmi rəqəmlər təhlükənin nə qədər böyük olduğunu göstərir. Xəstəliyə yoluxanların da əksəriyyəti paytaxt Bakının payına düşür. Bölgələrdən isə daha çox Masallı, Lənkəran, Göyçay, Astarada bu xəstəlik yayılmağa başlayıb.

hıv virüsü ile ilgili görsel sonucu

Bəs dəhşət saçan xəstəlik niyə getdikcə artır? Ölkəmizdə bu xəstəliyə nəzarət edən qurumlar hansı lazımi tədbirlər görür?

Xəstəlik haqqında qısa məlumat: İnsanın immunçatışmazlığı virusu (İİV və yaxud HİV ) – orqanizmi infeksiyadan qoruyan T-limfositləri – hüceyrələri pozmaqla insanın immun sisteminə dağıdıcı təsir göstərən virusdur. İİV insanın immunçatışmazlığı virusudur, QİÇS isə qazanılmış immun çatışmazlığı sindromudur. Beynəlxalq aləmdə, o cümlədən bizdə onların ingiliscə HİV (Human İmmunodeficiency Virus) və AİDS (Acquired İmmune Deficiency Syndrome) abreviaturalarından da istifadə olunur.

Xəstəliyin 4 mərhələsi olur. Bədən xəstəliyə yoluxduqdan 20 gün sonra ona reaksiya verir. Xəstəlik aşkar edildikdən sonra müalicələrə başlanılsa da, bir müddət sonra virus yenidən üzə çıxmağa başlayır. Bu bəzən 5-10 il çəkir. Daha sonra 3-cü mərhələ başlayır. Həkimlər artıq müalicəni tapa bilmir, 4-cü mərhələ artıq İİV olur. Təəssüflər olsun ki, xəstəliyin bu mərhələsində olan xəstələrin sağalma ehtimalı olmur.

hıv virüsü ile ilgili görsel sonucu

QİÇS-in müalicəsi üçün məlum bir dərman mövcud deyil. Elmi baxımdan İİV virusuna yapışa bilən tək zülal kompleksi Gp41 özündə İİV virusu ehtiva edən hüceyrələrin müdafiə mexanizmi vasitəsilə onun yox edilməsinə imkan verir.

İİV-infeksiyasının profilaktikası onunla mübarizədə ən vacib vasitədir. Bütün dünyada alimlər İİV-ə qarşı vaksinin hazırlanması istiqamətində çalışırlar. Bəzi ümidverici nəticələrə baxmayaraq, vaksinin kəşfi haqqında danışmaq hələ tezdir.

Arzuolunmaz xəstəliyin ölkəmizdə getdikdə daha çox yayılma səbəbinə gəldikdə isə, bəzi ekspertlər bunun səbəbini narkotik istifadəçilərinin sayının artmasında görür. Bəziləri isə qeyd edir ki, qonşu Rusiyada bu xəstəliyin artması ölkəmizə də öz təsirini göstərir və Azərbaycana gələn İİV infeksiyanın əksəriyyəti bu ölkənin payına düşür. Son iki ildə ölkəmizə turist axınının olması da xəstəliyin artma səbəbi kimi göstərilir.

Mehriban Zeynalova ile ilgili görsel sonucu

İİV xəstəliyi və onunla mübarizə ilə bağlı vaxtaşırı tədbir və layihələr həyata keçirən “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb:

“Mütəmadi olaraq ”Hədəf qrupu, zərərin azaldılması” layihəsi çərçivəsində kifayət qədər geniş əhatədə qan analizləri götürülür. Xüsusən də “həssas qruplar” arasında etimoloji nəzarət proqramı həyata keçirilir.  Hazırda Qlobal Fondun və Səhiyyə Nazirliyinin birgə fəaliyyəti nəticəsində 2 il yarımlıq layihə də təsdiq olunub. Burada da “həssas qruplar”ın müəyyən edilməsi və onlar arasında qan analizlərinin verilməsi, tibbi müayinədən keçirilməsi məsələsi nəzərdə tutulub. Bizim hədəfimiz əsasən seks xidməti təklif edən qadınların müəyyən edilməsi və onlar arasında bu cür tədbirlərin həyata keçirilməsidir. Həmçinin digər hədəf qrupları var, bunlar narkotik istifadəçiləri, homoseksuallardır”.

hıv virüsü ile ilgili görsel sonucu

M.Zeynalova qeyd etdi ki, xəstəliyin geniş vüsət almasına əsas səbəb təhlükəli davranışlar, tənzimlənməyən münasibətlərdir: “Bəzən düşünürük ki, ”kimsə yaxınımız və yaxud tanışımızdır, onda xəstəlik olmaz” və sairə. Mümkündür ki, o adamda xəstəlik olsun. Belə hallarda yoluxma halları artır. Həmçinin narkotik istifadəçilərinin eyni iynədən istifadə etməsi xəstəliyin yayılmasına gətirib çıxarır. Bəzi kişilər özləri bu təhlükəni yaradır. Məsələn, seks təklif edən qadın qoruyucu təklif etdikdə belə, onlar bundan imtina, bəzən mübahisə də edir. Bu hallarda təhlükə böyükdür”.

Qeyd edək ki, İİV-li xəstə şəxslərdə və eləcə də virus daşıyıcılarda bu xəstəliyin virusları ən çox qanda, spermada, beyindaxili mayedə olur. Orqanizmdə digər maye və ifrazatlarda, o cümlədən də ağız suyunda, göz yaşlarında, vaginal sekret mayesində HIV virusuna çox az rast gəlinir.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …