Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Araşdırma / Oliqarxiyaya zərbə: Yeni parlamentdə onlar da olmayacaq – “5-ci kolon”un parlamentdə uzantısı mövcud idi”

Oliqarxiyaya zərbə: Yeni parlamentdə onlar da olmayacaq – “5-ci kolon”un parlamentdə uzantısı mövcud idi”

İndi ən çox təlaş içində olanlar vaxtında keçmiş məmurların “seçdirdiyi” deputatlardır. Artıq “Şakir Şəkəroviç”lərə çevrilən eks-nazirlər nə o haydadırlar ki, yenidən himayələrində olan adamları parlamentə salmağa can atsınlar, nə də əvvəlki qüdrət, nüfuz, təsir imkanları qalıb.

Ona görə də V çağırış üzrə deputatlar arasında bəziləri əl-ayağa düşüblər, təşviş keçirirlər ki, 9 fevralda keçiriləcək növbədənkənar parlament seçkilərində onların aqibəti necə olacaq.

Belə xəbərlər var ki, sabiq nazirlərdən Ziya Məmmədovun, Eldar Mahmudovun, Fazil Məmmədovun kadrları, habelə keçmiş PA rəhbərliyinə yaxınlığı ilə seçilən deputatların növbəti dəfə mandat sahibi olacağı sual altındadır. Hətta bəzilərinin üstündən xətt çəkildiyi iddiaları da var. Gözləntilər gələnilki seçkilərdə Milli Məclisin indiki tərkibinin əhəmiyyətli şəkildə yenilənəcəyi yönündədir.

Bir sıra yaşlı deputatların, millət vəkilliyi ilə yanaşı, hökumətdə müxtəlif vəzifə tutan mandat sahiblərinin parlamentdən kənarda qalacağı proqnozlaşdırılır.

ADP sədri Sərdar Cəlaloğlunun “Yeni Müsavat”a bildirdiyinə görə, hakimiyyətdən uzaqlaşdırılmış qüvvələrin deputatları daha parlamentdə olmayacaqlar. Onun sözlərinə görə, əvvəllər icra hakimiyyəti orqanlarında olduğu kimi qanunverici orqanda da nazirlərin nümayəndələri varıydı.

S.Cəlaloğlu hesab edir ki, həmin deputatlar bu müddət ərzində nazirliklərin maraqlarına uyğun qərarlar çıxarıblar, xalqın mənafeyinə zidd addımlar atıblar: “Onlar təmizlənirlər və parlamentdə yeni qüvvələr təşkil ediləcək. Bəzi nazirlərə bağlı deputatlar varıydı ki, qanunverici orqanı işləməyə qoymadılar. Millətin əleyhinə danışırdılar. Onların arasında ruspərəst qüvvələr varıydı, Qarabağ probleminin uzanmasında maraqlıydılar. Bu ”5-ci kolon”un parlamentdə uzantısı mövcud idi. Güman edirəm ki, onlar daha olmayacaqlar. Hər halda, 20 ildə parlament xalqın maraqlarına uyğun xidmət göstərməyib”.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …