Şənbə , Aprel 20 2024
Ana səhifə / Araşdırma / Oliqarxın oğlunun “Gelandewagen”i avtoxuliqanlığa görə müsadirə olundu

Oliqarxın oğlunun “Gelandewagen”i avtoxuliqanlığa görə müsadirə olundu

Rusiyada “Lukoil” şirkətinin vitse-prezidenti Azad Şamsuvarovun oğlu Ruslan Şamsuvarovun “Mercedes-Benz Gelandewagen” markalı cipi dövlətin xeyrinə müsadirə olunub. Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, buna səbəb oliqarxın ərköyün oğlunun növbəti dəfə həmin avtomobillə yol hərəkəti qaydalarını kobud şəkildə pozmasına dair videokadrların sosial şəbəkələrdə yayılmasıdır. Həmin kadrlarda Şamsuvarovun “Gelandewagen”i yolun ayırıcı zolağının üstü ilə sürdüyü əks olunur.

Məhkəmənin qərarına görə avtomobil Şamsuvarovdan müsadirə edilərək dövlət əmlak xidmətinin balansına verilib. Avtomobil daha sonra hərracda satılacaq, pulu dövlət büdcəsinə köçürüləcək. Əslində avtomobilin müsadirə olunması barədə qərar ötən ilin oktyabrında çıxarılmışdı. Lakin belə görünür ki, avtomobili oliqarxın oğlundan hələ almamışdılar və o, növbəti dəfə avtoxuliqanlıq edib. İndi isə məhkəmə qərarı icraya yönəldilib və “Gelandewagen” evakuatorla aparılıb.

Həmçinin oxuyun

Təhsil, iş və cəmiyyətə inteqrasiyadan kütləvi məhrum olmuş gözdən əlillər

Orta ixtisas təhsilli ibtidai sinif müəllimi Şəhla İmanova gözdən əlil uşaqlar üçün ölkədə fəaliyyət göstərən …

Bir cavab yazın