Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Araşdırma / Öldürülən jurnalistin işi üzrə məhkəmə qalmaqalla başladı

Öldürülən jurnalistin işi üzrə məhkəmə qalmaqalla başladı

Öldürülən jurnalistin işi üzrə məhkəmə qalmaqalla başlayıb.

Virtualaz.org-un hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, əvvəlki məhkəmədə olduğu kimi, media nümayəndələri bu dəfə də prosesdən kənarda qalıblar.

Xəbərə görə, İlqar adlı məhkəmə nəzarətçisi jurnalistləri açıq şəkildə zala buraxmayacağını bildirib. Təqsirləndirilən şəxslərin yaxınları ilə məhkəmə nəzarətçiləri arasında da qarşıdurma yaranıb. Onlar da zala buraxılmırlar.

Xatırladaq ki, Rasim Əliyev 2015-ci il avqustun 8-də bir qrup şəxs tərəfindən döyülüb. Xəstəxanaya yerləşdirilən R. Əliyev orada vəfat edib. Həmin faktla bağlı Kənan Mədətov, Camal Məmmədov, Samir Mustafayev, Elşən İsmayılov, Arif Əliyev və futbolçu Cavid Hüseynov tutulublar.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın