Cümə , Sentyabr 20 2019
Ana səhifə / Araşdırma / Öldürülən “qızıl Məryəm”in kriminal avtoritetlə əlaqələri üzə çıxdı

Öldürülən “qızıl Məryəm”in kriminal avtoritetlə əlaqələri üzə çıxdı

Bakıda amansızlıqla qətlə yetirilən sahibkar qadının məşhur avtoritetlə əlaqələrinin olduğu üzə çıxıb. Axar.az-a verilən məlumata görə, öldürülən “Jewelleri” zinət əşyaları mağazasının sahibəsi Məryəm Namədzadə “Atbaş” ləqəbi ilə tanınan avtoritet İlqar Cəbrayılovun yaxın adamı olub. 2012-ci ilə qədər İ.Cəbrayılov M.Namədzadənin himayəçisi kimi tanınıb. “Yeni Müsavat”a daxil olan məlumata görə, M.Namədzadə İ.Cəbrayılovun Tibb Universitetinin yanındakı “Xəzər” mebel mağazasını işlədib.
Məşhur avtoritet “Ded Xasan” klanının tanınmış azərbaycanlı üzvü olub. O, Aslan Usoyanın mühafizəsinə cavabdeh idi. Həmçinin, klanda azərbaycanlılardan ibarət qruplaşmaya məsul şəxs təyin olunmuşdu. 2012-ci ildə “Ded Xasan”ın qətlindən bir neçə ay sonra “Atbaş” da öldürülüb. 52 yaşlı İ.Cəbrayılov Moskvanın “Presnenskiy val” adlanan ərazisində qətlə yetirilib. Moskva İstintaq Komitəsinin məlumatında ölən şəxsin adı İlqar Əliyev kimi göstərilib. Ehtimal olunur ki, hadisə baş verən yerdə axtarış apararkən Cəbrayılovun istifadə etdiyi bu soyadla yazılan sənəd tapılıb. O, Bakıdakı Yasamal qəbiristanlığında dəfn olunub. Mərhum iş adamı şou-biznes nümayəndələrinə yaxınlığı ilə də tanınıb.
Qeyd edək ki, M.Namədzadə paytaxtın Nəsimi rayonu ərazisində, Feyzulla Qasımzadə küçəsində yaşadığı evdə qətlə yetirilib. Evə soxulan şəxslər ona 43 bıçaq zərbəsi vurublar. İlkin ehtimallar belə idi ki, mənzilə basqın qızıl zinyət əşyalarının ələ keçirilməsi məqsədi daşıyıb. Lakin sonradan bəlli olub ki, basqınçıalr mənzildən qızıl-zinət əşyalarını götürməyiblər. Qətlin digər motivlə törədildiyi ehtimalı var. Faktla bağlı cinayət işi başlanılıb. Hələlik saxlanılan yoxdur.

Həmçinin oxuyun

Anar Məmmədovun adamı-məmur Salamovun türkmən qadınla evliliyi, həbsi və boşanması… Və müəmmalı “Maybach”i

Nəqliyyat Nazirliyinin (hazırda Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birləşdirilib,-red.) Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin keçmiş …

Bir cavab yazın