Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Araşdırma / “Okean” avtosalonuna qarşı ittiham – Baş prokurora müraciət olundu

“Okean” avtosalonuna qarşı ittiham – Baş prokurora müraciət olundu

Beyləqan rayon, Eyvazalılar kənd sakini AR. Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Rüstəmov Fəxri Sərvaz oğlu “Okean – Avto” MMC-nin dələduzluğundan və digər qanunsuz hərəkətlərindən dolayı Baş prokuror Zakir Qaralova müraciət ünvanlayıb.

Vəkil “Okean” avtosalonunu qələduzluqda və vergidən yayınma cinayətlərində ittiham edir. Buna dair əlində kifayət qədər dəlillərin olduğunu bildirir. O bildirir ki, hazırda avtosalonla aralarında yaranmış problem də məhz bu üzdəndir.

RealMedia.az xəbər verir ki, əldə olan müqavilə sənədlərindən də açıq aydın görünür ki, avtomobilin satışı və krediti ilə məşğul olan “Okean – Avto” MMC ciddi şəkildə vergidən yayınır, eləcə də müştərilərinə qarşı dələduzluqla da məşğuldur. Elə bundan dolayı da Fəxri Rüstəmov “Okean-Avto” MMC avtosalonun müştərilərinə qarşı əməlində cinayət – dələduzluq və ya mənimsəmə cinayətlərinin, eyni zamanda vergidən yayınma cinayətlərinin əlamətləri olduğunu göstərərək, həmin əməlin araşdırılıb hüquqi qiymət verilməsini Baş prokuror cənab Zakir Qaraovdan və AR. Vergilər Naziri Mikayıl Cabbarovdan xahiş edir.

RealMedia.az olaraq həmin müraciəti dərc edirik:

“Hörmətli Zakir müəllim!

Mənim Sizə müraciət etməkdə məqsədim, mənə və digərlərinə qarşı törədilmiş anoloji cinayət barədədir. Belə ki, 2015-cu ilin dekabr ayının 20-si tarixində Bakı şəhəri Xətai rayonu, Babək prospekti 21 ünvanında yerləşən “Okean – Avto” MMC-dən (tel: 012 496 54 75) nisyə alqı-satqı müqaviləsi əsasında dəyəri 30.200 (otuz min iki yüz) manat olan “KİA Optima” avtomobilini ilkin ödəniş olaraq 5905 ABŞ dolları (həmin tarixə bir ABŞ dollarının AZM kursu 1,05 olmaqla 6200 (altı min 200)manat ödəməklə götürmüşəm.

Həmin günü avtomobilin texniki pasportu alınıb “Okean-Avto” MMC avtosalonuna məxsus nömrə maşının üzərinə vurulub, eyni zamanda mənim sürücülük hüququm olmadığına görə həmin avtomobili idarə etməyə görə Vəliyev Səbuhi Hafiz oğlunun adını etibarnamə verilmişdir. Həmin vaxtı mənə, avtomobil təzə olduğuna görə avtomobilin kasko sığorta olunmalı olmasını bildirərək, hər il üçün 1500(bir min beş yüz) manat olmasını, lakin birinci il üçün sığorta məbləğinin 50 faiz məbləğində güzəşt olunmasını və beləliklə 3 illik dövr üçün 3800 manat məbləğində pulun məndən sığorta haqqı olaraq ödəməli olduğumu bildirdilər.

Mən həmin məbləğin məndə olmadığını, lakin növbəti dəfə gələrkən həmin məbləği ödəyəcəyimi bildirərək avtomobili götürüb getdim. 29 dekabr 2015-ci i tarixdə mən Bakı şəhərinə qayıdaraq həmin pulu “Okean-Avto” MMC avtosalonunda kassaya ödədim. Həmin ödənişlər üzrə mənə qəbz vermədilər, lakin ödəniş qrafiki cədvəlində 6200 (altı min iki yüz) manatın, eləcədə sığorta haqqı üçün alınmış 3800 (üç min səkkiz yüz) manatın əks olunduğuna görə mən bunun gələcəkdə heç bir problem yaratmayacağını düşündüm.

2016-ci ilin oktyabr ayına qədər mən həmin avtomobilə görə ayda 1006 (min altı) manat ödədim. 2016-ci ilin oktyabrın ayının 25 tarixində həmin avtomobil qəzayə düşdüyü zaman avtomobili etibarnəmə ilə idarə edən Vəliyev Səbuhi Hafiz oğlu “Okean-Avto” MMC avtosalonunun meniceri Hafiz adlı şəxsə zəng edərək avtomobilin qəzaya düşməsini və bu barədə KASKO sığortanı aparan sığorta şirkətinə məlumat verilməli olduğunu desə də, həmin Hafiz adlı şəxs avtomobilin “Kasko” sığorta olunmadığını bildirdi.

Mənim “əgər avtomobil kasko sığorta olunmayacaqdırsa, 3800 manat pulu niyə alırdınız” sualıma, Hafiz adlı şəxs belə cavab verdi: “Mən heç nə bilmirəm, Elxan müəllimdən soruşun”.

Həmin vaxtı mən Elxan müllimlə Hafizin telefonu ilə danışarkən o mənə bildirdi ki, biz avtomobili “Kasko” sığorta etdirməmişik, narahat olma, özümüz həmin avtomobili təmir etdirəcəyik.

Bu hadisənin üzərindən uzun bir müddət keçməsinə baxmayaraq onlar avtomobili təmir olunması üçün götürmədilər. Belə olan halda mən Elxan müəllimlə yenidən (bidirirəm ki, Elxan adlı şəxs “Okean-Avto” MMC avtosalonunun qeyri-rəsmi sahibidir, əslində həmin avto salomun direktoru formal olaraq Səbuhi Məmmədov adlı şəxsdir) zəng etdim, o isə mənə bildirdi ki, hal- hazırda bizim avtomobili təmir etmək üçün imkanımız yoxdur, yaxşı olar ki, avtomobili özün öz şəxsi vəsaitin hesabına təmir etdirəsən və bizdə aramızda olan ödənişlə hesablaşarıq.

Mən onlara avtomobilin təmiri üçün lazım olan vəsaitin məndə olmadığını bildirdim. Elxan mənə onlara ödəməli olduğum ödənişi dayandırmağı və yığılan pullar avtomobili təmir etdirməyimi məsləhət gördü.

Həmin avtomobilin təmiri üçün təxminən 10-11 min manat lazım olduğunu mütəxəssislərdən öyrənmişdim. 2018-ci ilin may ayında mən avtomobili evuakator vasitəsi ilə Bakı şəhəri, Sabunçu rayonu Rəsulzadə qəsəbəsində yerləşən “KİA” servisin təmiri mərkəzinə apardım. Həmin servisdə çıxardıqları “qüsur aktI”-na əsasən avtomobilin təmiri üçün 9100 manat məbləğində vəsaitin gərək olduğunu bildirdilər. Mən həmin vəsaiti “Okean-Avto” MMC avtosalonunun adından “KİA” servisin təmiri mərkəzinə ödədim.Bu barədə isə “KİA” Servis “Okean-Avto” MMC avtosalonuna məlumat verdi.

Həmin avtomobili 2018-ci ilin iyun ayında “KİA” servisdən götürdüm. 2019-cu ilin 08 may tarixində mənə məlum oldu ki, həmin avtomobilin üzərinə həbs qoyulub və “Okean-Avto” MMC avtosalonunun nümayəndəsi Qaçay adlı şəxs Beyləqan rayonuna gələrək avtmobili Beyləqan rayon polis Şöbəsinin Yol Polisi Bölməsi əməkdaşlarının iştirakı ilə DYP-nin müvəqqəti duracağına götürdülər.

Həmin məsələ ilə əlaqədar olaraq mən Bakı şəhərinə gedərək “Okean-Avto” MMC avtosalonuna “sahibi” Elxan adlı şəxslə məsələni öz aramızda araşdırıb həll olunmasını istəsəm də, razılığa gələ bilmədik, həmin vaxtı mən sığorta haqqı ilə bağlı mənə qarşı edilmiş qanunsuzluqla bağlı şikayət edəcəyimi bildirəndə, o mənə “ağıllı ol, ağlın başqa şəxslərə getməsin, şəhərin mərkəzində bu boyda avtosalon işlədən şəxsin söykəndiyi bir yeridə var yəqin, get əlindən nə gəlirsə elə”.

Mən isə ona “düz deyirsən, arxanda kimsə olmasa sən müştəriləri aldatmaqla pullarını ala bilməzsən, eybi yoxdur, şikayət edərəm hər şeyi qanunla həll edərik” deyəndə o mənə “buranın sahibi elə qanun yazandır” deyərək cavab verdi, mən ordan çıxdım və “102” xidmətinə zəng edib bu haqda məlumat verdim.

Cənab Baş Prokuror!

Bildirirəm ki, bu hallar təkcə mənimlə bağlı deyil, “Okean-Avto” MMC avtosalonuna müraciət edən bütün müştərilərə qarşı belə bir analoji hərəkətlərin edilməsinə şübhə yoxdur, avtomobillərin ilkin və təkrar satışı zamanı “sair xərclər” adı ilə vətəndaşlardan müəyyən məbləğdə pullar alınaraq, onların əmlakı ələ keçirilir, eyni zamanda həmin məbləğlər “xərc” adı ilə hesabatda oturdularaq vergidən yayındırılır. Mən hesab edirəm “Okean-Avto” MMC avtosalonunun mənə və digər müştərilərinə qarşı olan bu əməlində cinayət – dələduzluq və ya mənimsəmə cinayətlərinin, eyni zamanda vergidən yayınma cinayətlərinin əlamətləri vardır, həmin əməlin araşdırılıb hüquqi qiymət verilməsi üçün göstəriş verməyinizi Sizdən xahiş edirəm”.

Rüstəmov Fəxri Sərvaz oğlu

Qarşı tərəfin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …